• $
  • €
  • ₽
  • ₺
  • £

“Şlyapa Zahid” barəsində yeni ittiham - Külli miqdarda rüşvət alıb

“Şlyapa Zahid” barəsində yeni ittiham - Külli miqdarda rüşvət alıb
06.06.2022 17:07
Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində ittihama yeni maddələr əlavə edilib.

Onun Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq təkrar rüşvət aldığı üzə çıxıb. Onun əməlləri Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 ve digər maddələrinə tövsif olunub.

Həbs olunduqdan sonra səhhətində problem yarandığı deyilərək Zahid Niftəliyev Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Onun əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olmuşdu. Hazırki mərhələdə onun cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Zahid Niftəliyev daha öncə dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunurdu.

Zahid Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi. O, "Şlyapa Zahid” ləqəbi ilə tanınıb.(Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol