• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula 1" yarışı Bakıda kirayə evlərin qiymətlərini kəskin artırıb

"Formula 1" yarışı Bakıda kirayə evlərin qiymətlərini kəskin artırıb
06.06.2022 17:43
Bir neçə gün sonra Bakıda keçiriləcək "Formula 1” Azərbaycan Qran Prisi yarışları paytaxtın kirayə bazarında canlanma yaradıb. Belə ki bir sıra Avropa və Asiya ölkələrindən məhz bu yarışları izləmək üçün Bakıya gələnlər var. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir.

"Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bununla bağlı "Report”a bildirib ki, mərkəzdə bəzi mənzillər var ki, onların eyvanından birbaşa "Formula 1” yarışını görmək mümkündür:

"Belə mənzillərin kirayə qiymətləri artıb. Həmin evlər digər mənzillərə nisbətdə iki dəfə bahalaşıb. Lakin bunların ümumi kirayə evlər bazara heç bir təsiri yoxdur. Günlük kirayə mənzillərin qiyməti də çox artıb. Bundan əlavə, "Formnula 1” ərəfəsində hotellər də 30-40 %, bəzən də 50 %-ə qədər qiymətləri artırıb. Bu da müvəqqəti məsələdir”.

Əmlak bazarı üzrə ekspert Bəhruz Həsənov da öz açıqlamasında qiymət artımını təsdiqləyib və hətta bu artımı fantastik rəqəmlərlə izah edib:
"Bakının tarixi mərkəzi hissəsinə düşən həmin ərazilərdə kirayə evlərin qiyməti yarış günləri üçün 2-3 dəfə yüksəlir və ən çox yarışları müşahidə etmək mümkün olan mənzillərin kirayə qiymətləri qalxır. Bu mənzillərdə müşahidə edilən mövqedən asılı olaraq, yarışları izləmək olur, həmin mövqelərdən asılı olaraq mənzillərin günlük kirayə qiymətləri 200 manatdan 1 000 manata kimi dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 70-170 manat arasında dəyişir. Həmçinin yarışların keçirildiyi əraziyə birbaşa baxışı olmayan, lakin mərkəzdə yerləşən mənzillərdə də qiymət artımı müşahidə olunur. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. İstəyirlər ki, bu yarışlar keçirilən ərazilərə yaxın mənzillərdə qalsınlar. Həmin mənzillərin günlük kirayə qiymətləri də normalda 80-100 manat idisə, hazırda minimum qiymətlər 100-120 manat arasında dəyişir”.

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bu cür tədbirlərin turizm və əmlak bazarına təsirinin daha uzunmüddətli olduğunu hesab edir:

"İlkin mərhələdə bu təsiri hiss etmirik, amma dolayı effekti daha çox olur. Məsələn xaricdə televizordan bu yarışı izləyən şəxs Bakının Milli Parkını, dənizi, iri tikililəri görür. Təbii ki, bu da turist cəlb etməyin bir yoludur”.

N.İbrahimov qiymət artımının arzuolunmaz sosial nəticələrinə də toxunub. O bildirib ki, bu artım kirayədə qalan təbəqənin vəziyyətini pisləşdirir:

"Bu qiymət artımının qarşısını, təbii ki, müəyyən bir çərçivə daxilində rəsmi strukturlar almalıdır. Burada inzibati amilliərə yol vermək olmaz. Yəni hansısa rayon icra hakimiyyətinin başçısı, ya şəhər icra hakimiyyəti deyə bilməz ki, bu qiymətə evini kirayə ver. Lakin dolayı yollarla bazara təsir göstərməlidirlər”.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 10-12 iyunda keçiriləcək. "Formula 1” tribunalarında günlük biletin ən ucuz qiyməti 90 manatdır. Ən bahalısı isə 9 130 manatdır. (report)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol