Bakıda süd məhsullarının istehsalı müəssisəsi nöqsanlara görə bağlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Bünyadov küçəsi v3, mənzil 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kozlovskaya Nina Yevgenyevnaya məxsus süd məhsullarının istehsalı müəssisəsində apardığı planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub.
AQTA-dan verilən məlumata görə, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmur, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılması eyni sahədə həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























