• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Ceyhun Rzayevin intihara cəhd etməsinin qarşısı alınıb- YENİLƏNİB

Jurnalist Ceyhun Rzayevin intihara cəhd etməsinin qarşısı alınıb- YENİLƏNİB
06.06.2023 10:50
Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təcili müdaxilə edilib.

Bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Elşad Hacıyev qeyd edib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib.
 
"Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".
 
 
 ******
 
 
ATV-nin jurnalisti Ceyhun Rzayev intihar edəcəyini elan edib. Bu barədə jurnalist sosial şəbəkə hesabında yazıb.
 

 
İdman jurnalisti ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını deyib.
 
"Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər”.

Ceyhun Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib.

Artıq hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib.

Bir müddət əvvəl Ceyhun Rzayev "Qafqazinfo" vasitəsilə müraciət yaymışdı. O, valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu bildirmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol