UNICEF: Son 18 ildə münaqişədə 315 min uşağın hüquqları pozulub

2005-2022-ci illər arasında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) ekspertləri dünya üzrə münaqişə zonalarında uşaq hüquqlarının 315 000 ciddi pozuntusunu sənədləşdiriblər. Məlumatı fond bazar ertəsi iyunun 5-6-da Osloda keçirilən silahlı münaqişələrdə uşaqların müdafiəsi üzrə konfransın açılışında təqdim edib.
Uşaq Fondu vurğulayır ki, təqdim olunan məlumatlar rəsmi şəkildə təsdiqlənib.
UNICEF münaqişədə olan uşaqları qorumaq üçün proqramlar üçün kifayət qədər maliyyə olmadığını iddia edir. Fondun məlumatına görə, uşaqların müdafiəsi sektorunun 2024-cü ilə qədər 1,05 milyard dollara ehtiyacı olacaq və 2026-cı ilə qədər 1,37 milyard dollara çatacaq.
Uşaq Fondunun rəhbəri donorları sektorun maliyyələşdirilməsi üçün resurslarla - "lazımi miqyasda və ən qısa müddətdə" təmin etməyə çağırıb.
Gülnar Nazimqızı
www.anews.az
























