Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək

Naxçıvan Muxtar Respublikasında faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək.
Muxtar respublika ərazisində kəşf edilən və Faydalı Qazıntı Ehtiyatları Komissiyasında qeydiyyata alınan 13 filiz və 54 qeyri-filiz yatağı mövcuddur. Bu yataqların potensialından istifadə edilməsi üçün real zəmin yaradılıb.
Mədənçilik və karxana fəaliyyəti ilə məşğul olmaq istəyən dövlət və özəl sektorun nümayəndələri, eləcə də hüquqi və fiziki şəxsləri hərraca dəvət edilir.
www.anews.az
























