DİP media mükafatına layiq görülən jurnalistlərin adlarını açıqladı

16:57 | 22.07.2016
DİP media mükafatına layiq görülən jurnalistlərin adlarını açıqladı

DİP media mükafatına layiq görülən jurnalistlərin adlarını açıqladı


Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata 2016-cı ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə  təqdim olunacaq:

1. Nailə Bağırova – (ann.az saytı) təhsil və mədəniyyətin təbliğinə dair materialların hazırlanmasındakı roluna  görə
2. Aygün Yusibova (axar.az saytı) – Qarabağ probleminə və ölkənin ictimai-siyasi gündəminə dair hazırladığı obyektiv  materiallara örə
3. Sənan Rzayev (CBC telekanalı) – xarici dildə peşəkar xəbər buraxılışlarının və teleproqramların hazırlanmasındakı xidmətlərinə görə 

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM