​Ermənistanda etnik azlıqların sayı kəskin şəkildə azalıb

15:58 | 04.03.2016
​Ermənistanda etnik azlıqların sayı kəskin şəkildə azalıb

​Ermənistanda etnik azlıqların sayı kəskin şəkildə azalıb

Ermənistanda rus, yezdi kürdü, assori və müsəlman kürdlərinin sayı orta hesabla 50 faizdən çox azalıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statitistika Xidməti məlumat yayıb.

Məlumata görə, 1989-cu ildə Ermənistanda rusların sayı 51 min 55 nəfər idisə, 2011-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən ölkədə 11 min 911 rus qeydə alınıb. Yezidi kürdlərin sayı hesabat dövrünə uyğun olaraq, 51 min 976 nəfərdən 35 min 308 nəfərədək, assorilərin sayı 5 min 963-dan 2 min 769 nəfərədək, müsəlman sayılan kürdlərin sayı isə 4 min 151-dən 2 min 162 nəfərədək azalıb.

Qeyri-rəsmi mənbələr ötən 5 ildə də ölkənin əsas etnik azlığı sayılanların daha da azaldığını vurğulayır. Məlumatlara əsasən, Ermənistan hakimiyyəti məsələ ilə bağlı düzgün statistikanı ictimaiyyətdən ya gizli saxlayır, ya da açıqlamır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb