Gənclər arasında şahmat üzrə Dünya çempionatının 12-ci turu sona çatdı - Fotolar

10:44 | 15.09.2015
Gənclər arasında şahmat üzrə Dünya çempionatının 12-ci turu sona çatdı - Fotolar

Gənclər arasında şahmat üzrə Dünya çempionatının 12-ci turu sona çatdı - Fotolar

Təssüf ki, yüksək pilləyə şansı olanlar məğlubiyyətə uğrayıblar – Ülviyyə Fətəliyeva Jansay Abdulmalikin (Qazaxıstan) hücumuna məruz qalıb və geri çəkilib, Səbinə İbrahimova isə üçüncü dəfə öz məğlubiyyətini etiraf edib, bu dəfə o Gürcüstandan olan Nino Homerikiyə uduzub.

Oxu.Az xəbər verir ki, Günay Məmmədzadə Fransadan olan şahmatçı Andrea-Kristina Navroteska ilə görüşdən sonra öz aktivinə bir xal yazıb.

Qara fiqurlarla oynayan Aytən Əmrayeva qazaxıstanlı şahmatçı Bibisara Assaubayevaya qalib gəlib.

Oğlanlarımızın oyunları heç cür yoluna düşmür. Nicat Abbasov fransız Kventin Loysiau ilə oyunda çətin vəziyyətə düşüb və yalnız yarım xal qazana bilib.

Ülvi Bacaraninin oyunu haqqında da eyni şeyi demək olar.

O da holland Yoren Van Forestə qarşı eyni vəziyyətdə olub, amma rəqib inadlı müdafiəni qıra bilməyib. İndi onların hərəsinin 7,5 xalı var və çox güman ki, son oyunda qarşılaşacaqlar.

Rusiyalı Maksim Çiqayev Misrətdin İskəndərova qalib gəlib. Misrətdinin 6,5 xalı var.
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb