Habil Əliyevin həyat yoldaşı: “Gərək bağışlasınlar”

16:56 | 23.06.2014
Habil Əliyevin həyat yoldaşı: “Gərək bağışlasınlar”

Habil Əliyevin həyat yoldaşı: “Gərək bağışlasınlar”

Xal artisti, tanınmış kaman ifaçısı Habil Əliyev səhhətindən yaranan problemdən sonra ilk dəfə olaraq ANS telekanalının “Hesabat” verilişində görünüb. 
Habil Əliyevin arvadı Şərqiyyə xanım AzNews.az-a açıqlamasında bildirib ki, ANS televiziyasının aparıcısı Mirşahin Ağayev sənətkara baş çəkməyə gəlibmiş: 
“Habil xəstələnən gündən Mirşahin Ağayev hər gün zəng edib onun durumu ilə maraqlanıb. Dünən də Mirşahin Habil Əliyevə baş çəkməyə gəlmişdi. Elə oldu ki, Habilin vəziyyəti yaxşı oldu, onunla oturub dərdləşdi. Mirşahin özü ilə də bir operator da gətirmişdi. Danışıqlarını da efirə verdilər. Yəni, Habil Əliyev yaxşıdır, sadəcə bütün qonaqları qəbul edə bilmir. Gərək bağışlasınlar. Həkim tapşırıb ki, onu yormayaq” 
Qeyd edək ki, Habil Əliyev səhhətində yaranan problem səbəbindən iki gün əvvəl Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir. Hazırda sənətkar evində müalicə alır. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb