Həbsdə olan hüquq müdafiəçisinin şikayəti təmin olunmadı - FOTOLAR

17:12 | 16.02.2016
Həbsdə olan hüquq müdafiəçisinin şikayəti təmin olunmadı - FOTOLAR

Həbsdə olan hüquq müdafiəçisinin şikayəti təmin olunmadı - FOTOLAR

Fevralın 16-da Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə hüquq müdafiəçisi Rəsul Cəfərovun kassasiya şikayəti təmin edilməyib.


Məhkəmədə hüquq müdafiəçisinin özü və vəkili Fariz Namazlı, eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

 

Qeyd edək ki, iyulun 31-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı hökmü dəyişdirib. Rəsul Cəfərov vergi borcunu ödədiyi üçün işindəki vergidən yayınma ilə bağlı ittihama xitam verilib. 6 il 6 aylıq cəzası 6 il 3 aya endirilib.


Rəsul Cəfərov 2 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Sonradan onu həm də mənimsəmə və vəzifə saxtakarlığında ittiham ediblər. Rəsul Cəfərov ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayır. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu "vicdan məhbusu” elan edib.

 

 

 

 
 









Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM