"Hər an müharibə qərarı verilə bilər" - EKSPERT

18:10 | 28.09.2015

"Hər an müharibə qərarı verilə bilər" - EKSPERT

Cəbhədəki son vaxtlardakı gərginliklərdən sonra Ermənistan tərəfində itkilərin sayı 7-i yox daha çox ola bilər – bunu ANN.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, cəbhədəki son hadisələr çox narahatedicidir: "Çünki ermənilər öz havadarları vasitəsilə indiyə qədər törətmədikləri vəhşiliklərə təkrar əl atıblar. Xüsusilə artileriyadan açılan atəşlər, raket atəşləri ilə son vaxtlar daha çox hücumlar edirlər. Azərbaycan tərəfinin isə səbri sonsuz deyil. Yəni hər an müharibə üçün qərar verilə bilər. Ali baş komandan nə vaxt əmr versə, biz hər zaman müharibə üçün hazırıq. Artıq beynəlxalq qurumlara da elə böyük inam qalmayıb. Ermənilərə ATƏT-in Minsk qrupu tərəfindən indiyə qədər hər cür yardım edilib, şərait yaradılıb. Onlar da bu şəraitdən sui-istifadə ediblər. Yəni qarşı tərəf lazımi şəkildə silahlanıb. Bundan başqa, ermənilər tək əsgərlərimizin yerləşdiyi cəbhəboyu əraziləri  deyil, eyni zamanda dinc sakinlərimiz yaşayan ərazilərə də daim atəş açırlar". 


Ekspert xatırladıb ki, bugünə qədər müxtəlif vaxtlarda neçə-neçə mülki vətəndaşımız bu səbəbdən həyatını itirib: "Misal olaraq deyə bilərik ki, axırıncı dəfə Ağdam rayonundan olan Bəhram Bağırov adlı vətəndaşımız həyatını itirdi. Bütün bunları nəzərə alıb müharibənin qaçılmaz olduğunu qeyd etməliyik. Cəbhədə vəziyyət belə davam edəcəksə, Azərbaycan Silahlı Qüvvələri ermənilərə daha çox zərbələr vuracaq. Cəbhə boyu ərazidən ölən ermənilərin sayı 7-i yox, daha çox ola bilər”.
 
Ü.Cəfərli daha sonra əlavə edib ki, cəbhədə baş verən ağır vəziyyət Ermənistandakı durumu daha da gərginləşdirir: "Dağlıq Qarabağda ölən hər bir erməni əsgər anası demək olar ki, hər gün prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirirlər. Həqiqətən də, Ermənistanın o cür cinayətkar prezidenti Serj Sarkisyan atdığı bücür yanlış addımı gec olsa da başa düşməlidir. Ermənistan siyasi rəhbərliyi tutduqları yanlış siyasəti anlamırlar. Bu da çox faciəvi nəticələnə bilər”.

Cəbhədə baş verən itkilərin sayı məsələsinə yoxunan eskpert bəzən iki ölkə arasındakı döyüş zamanı əsgər itkilərinin az olduğu fikrinin səsləndiyini qeyd edib: "Ancaq Azərbaycan kiçik bir ölkədir və hər hansı bir vətəndaşının şəhid olması, dünyasını dəyişməsi, xüsusən də döyüş zamanı həlak olması xəbəri tez bir zamanda ortaya çıxa bilər. Çünki bizim əhalinin sayı o qədər də çox deyil. Əgər bizim əhalinin sayı 20 milyondan çox olsaydı, artıq düşünmək olardı ki, cəbhədə baş verən gərginliklər zamanı öldürülən əsgərlərin sayı gizlədilir. Ancaq indiki halda  şəhid olan əsgərlərimizin sayının azaldılması və bilərəkdən gizlədilməsi mümkün deyil”.

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi dünən gün ərzində və bu gün Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınmasına dair məlumat yayıb. Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb