Hüseyn Dəryanın qırx mərasiminin keçirilməsinə pul tapılmır

10:51 | 09.04.2014
Hüseyn Dəryanın qırx mərasiminin keçirilməsinə pul tapılmır

Hüseyn Dəryanın qırx mərasiminin keçirilməsinə pul tapılmır

Dostu: “Əşyalarına toxunmayın deyənlər, yalnız ancaq məzarının şəkillərini paylaşdılar”Mərhum rep ifaçısı Hüseyn Dəryanın qırxı yaxınlaşdıqca mərasimin necə təşkil olunacağı barədə söz-söhbətlər, mübahisələr böyüyür. Dostları sənətçinin şəxsi əşyalarını sataraq yas məclisini həmin pulla təşkil etmək istəsələr də, fanatları buna etiraz edərək, bank hesabının açılmasına israr ediblər. Amma H. Dəryanın adına açılan bank hesabına cəmi 50 manat pulun yığılmasından sonra qeyri-müəyyən vəziyyət yaranıb. Belə olan halda ortaya bir sual meydana çıxır: reperin ölümündən bu yana onun dostu olduğunu deyən, hətta bunu iddia edən şəxslər bir araya yığışıb hərəyə müəyyən məbləğdə pul qoyaraq məclisi təşkil edə bilməzlərmi? Hər halda bu şəxslər təxminən 15-20 nəfərdir və hərəsinin 100 manat qoymağı kifayət edərdi. AzNews.az bu suala H. Dəryanın yaxın dostlarından olan, məclisin təşkilatçılardan Samir Xəttaba müraciət edib. “Bizim o boyda büdcəmiz yoxdur” - deyən təşkilatçı əlavə edib ki, bundan öncəki məclislərdə də yetərincə pul xərclənib:“Təxminən dörd min manat pul xərclənib. Dostlarının da imkanı demək olar ki, yoxdur. İmkanları olsa xərcləyərlər”.O əlavə edib ki, H. Dərya vəfat edəndə populistlik edənlər bu gün görünməz olublar: “Mənə zəng edirdilər ki, qızılımı sataram, ancaq Dəryanın əşyalarını satmayın. İndi həmin adamlar qaçıb gizləniblər. Kənanı öldürürdülər ki, əşyalarına toxunmayın! Lakin həmin adamlar Hüseynin məzarını fotosessiya etməkdən başqa heç nə etmədilər”.Qeyd edək ki, Hüseyn Dərya bu ilin martın 15-də Bakıda şəxsi avtomobilində qəzaya düşərək dünyasını dəyişib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb