İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırdı

22:02 | 12.05.2016
İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırdı

İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırdı

İranda neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə çatıb.
 
APA-nın   "Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir. Məlumata görə, apreldə İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb. Bunun  2011-ci ilin noyabrından bəri ən yüksək göstərici olduğu bildirilir. Eyni zamanda, neft ixracının həcmi sutkada 2 mln barelə çatıb.  
 
İran neftinin ən iri idxalçısı Çin olub. Bu ölkə İrandan gündəlik 800 min barel neft idxal edib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM