İraq neft hasilatını kəskin artırdı

15:06 | 11.04.2016
İraq neft hasilatını kəskin artırdı

İraq neft hasilatını kəskin artırdı

Rusiya və OPEK-in neft hasilatının azaldılması barədə danışıqları ərəfəsində İraq ölkənin neft istehsalını rekord səviyyəyə çatdırıb. Rəsmi Bağdad hasilatın azaldılması barədə qərarı təqdirəlayiq hesab etsə də ona qoşulmayıb.
 
ANS PRESS-in məlumatına görə, İraqda hasilatın rekord həddə çatdırılması barədə məlumatı "Bloomberg" yayıb. Hasilatın azaldılması barədə növbəti görüşün isə aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutacağı bildirilir.

Hələ yanvarda İraqın neft hasilatı rekord həddə çataraq sutkada 4.43 milyon barel təşkil edib. Fevralda bu rəqəm gündəlik olaraq 4.46 milyon,  mart ayında isə hasilat daha da  artaraq 4.55 milyon barel təşkil edib.​

İraq həmçinin neft ixracatını da artırıb. Belə ki bu ölkə mart ayında  sutkada 3.81 milyon barel neft ixrac edib ki, bu da fevral ayında gündəlik 3.23 milyon barel təşkil edib.

İraq neft hasilatına görə OPEC-ə daxil olan ölkələr arasında Səudiyyə Ərəbistanından sonra ikinci yerdə qərarlaşıb. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, İraq dünyada neft ehtiyatlarına görə 5-ci yerdədir.

Fevralda Rusiya Səudiyyə Ərəbistanı, Venesula və Qətər  digər ölkələr də razılaşacağı təqdirdə neft hasilatının yanvar ayındakı səviyyədə donduruluması haqqında təklif irəli sürüb. Neft hasilatının dondurulmasında məqsəd sürətlə aşağı düşməkdə olan neftin qiymətini stabil həddə saxlamaq olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM