İŞİD-ə qoşulmaq istəyənlər sərhəddə saxlanıldı

14:45 | 09.09.2015
İŞİD-ə qoşulmaq istəyənlər sərhəddə saxlanıldı

İŞİD-ə qoşulmaq istəyənlər sərhəddə saxlanıldı

Türkiyənin Kilis vilayətində İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 12 nəfər saxlanılıb.

ANS PRESS-in məlumatına görə, saxlanılanlardan 4 nəfər türk, qalan 8 nəfər isə digər millətlərin nümayəndələri olub. Onlar Türkiyənin Çıldıroba kəndinin Suriya ilə sərhədində ələ keçiriliblər. 12 nəfərin hamısının Suriyaya terrorçulara qoşulmaq üçün getmək istədikləri bildirilib. Həmin şəxslər ifadələri alınandan sonra ədliyyəyə təhvil veriləcəklər.

Ümumiyyətlə, terrorçulara qoşulmaq istəyənlərin çoxu məhz Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya keçməyə cəhd edirlər. Belə ki, təkcə həmin yerdə 243 nəfər saxlanılıb. Onlardan 45 nəfəri türk, 75 nəfəri Çində yaşamaq istəməyən uyğurlar olub. Bundan başqa, terrorçulara qoşulmaq arzusunda olanlar içərisində azərbaycanlılar da var idi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM