• $
  • €
  • ₽
  • ₺
  • £

Habil Əliyevin nəvəsi: "Babam sağdır, ölüm xəbəri yalandır"

Habil Əliyevin nəvəsi: "Babam sağdır, ölüm xəbəri yalandır"
07.09.2015 13:32
"Habil Əliyev sağdır, ölüm xəbəri yalandır".

Bunu "Report"a Azərbaycanın xalq artisti, kaman ustadı Habil Əliyevin nəvəsi Bəhruz Məmmədov deyib.

O qeyd edib ki, H.Əliyevin vəziyyəti ağırdır və komadan çıxmayıb: "Ürəyi döyünür. Neçə gündür, mətbuatda babamın ölüm xəbərləri yayılır. Babamın 88 yaşı var. Allahın əmri ilə bir gün hamımız dünyadan köçəcəyik. Amma insan sağ olduğu halda, niyə öldüyü haqda məlumatlar yayırlar? Ailəmiz adından bəyan edirəm ki, bu söz-söhbətlər bizə, Habil müəllimi sevənlərə, onun doğmalarına çox pis təsir edir. Mənə zəng edib, başsağlığı verirlər. Deyirəm ki, babam sağdır. Habil Əliyevin ürəyi döyünürsə, deməli kamanın ürəyi döyünür. Axı, babam tək bizə, ailəsinə məxsus deyil. Onun cismani yoxluğunda da, kaman susmayacaq. Habil Əliyevin ürəyi bu gün döyünür, sabah döyünməsə belə, kamanın səsi gələcək".

Xatırladaq ki, xalq artisti Habil Əliyev ağciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda ustad sənətkar komadadır.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol