• $
  • €
  • ₽
  • ₺
  • £

İran Habil Əliyevə yas tutur: "Kamanın tanrısını itirdik..."

İran Habil Əliyevə yas tutur: "Kamanın tanrısını itirdik..."
10.09.2015 13:02
Bir çox iranlı sosial media istifadəçiləri məşhur Azərbaycan kamança ifaçısının vəfatından məyus olduqlarını bildirib.

Sentyabrın 8-də dünyasını dəyişmiş Habil Əliyevin sənəti İranda böyük qiymətləndirilir. O, klassik fars musiqisinə yaxından bələd idi və uzun illər Tehranın konsert zallarında ifa edib.

Habil Əliyevin İranın məşhur klassik musiqi ifaçısı Məhəmməd Rza Şəccarianla birgə səs yazıları var.

Səhhətinin pisləşməsi səbəbindən Habil Əliyev 2009-cu ildə Tehranın Rudəki-Vəhdət konsert salonunda özünün simvolik sonuncu konsertini vermişdi.

Twitter istifadəçisi @Ehsan_iran65 onu bütün dövrlərin "misilsiz kamança ifaçısı" adlandırıb.

Sentyabrın 5-də mühafizəkar "Tasnim" xəbər agentliyi "Azərbaycanın görkəmli kamança ustası Habil Əliyevin komada olduğunu" qeyd etmişdi.

ABŞ-da yaşayan İranlı jurnalist Araş Siqarçi yazıb ki, "kamança onun beşinci balası idi" (H.Əliyevin dörd uşağı var).

"Dünya incəsənəti canlı musiqi alətini itirdi… Bundan sonra kiminsə kamançanı Habil Əliyev kimi ifa edə biləcəyinə inanmaq çox çətindir” - deyə facebook istifadəçisi "Salamat Noori" yazır.

Digər facebook istififadəçisi "Changiz Doustdar" öz dərin hüznünü bildirir və yazır ki, "dünyanın kamança əfsanəsi susdu”.

Digər istifadəçi "Umud Azerbaycan" H.Əliyevi "dahi musiqiçi” adlandırıb və onu Bethoven kimi sənətkarlarla müqayisə edib.

"Bütün türk dünyası onun itkisini dərin hüznlə qarşılayır...” - o əlavə edib.

GAMAC (Guney Azərbaycan Milli Azadliq Cəbhəsi) xəbər saytı onun vəfatı barədə yazarkən Habil Əliyevi "Şərqin kamançasının tanrısı” adlandırıb. Xəbərdə onun "Cənubi Azərbaycan” vurğunu olduğu da bildirilirdi.

"Mən kamançamı Təbrizdə qoydum. Bilirəm ki, burada kimsə mənim yolumu davam edəcək” - deyə sayt Habil Əliyevdən sitat gətirib (BBC).

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol