• $
  • €
  • ₽
  • ₺
  • £

Avstriyanın musiqili məzarlığı – REPORTAJ

Avstriyanın musiqili məzarlığı – REPORTAJ
30.11.2015 15:40
Rüstəm Qasımov

İnsanların dəfn olunduğu qəbiristanlıqlar bizim cəmiyyətimizdə daha çox xurafatla və qorxulu rəvayətlərlə assosiasiya olunur, ona görə də məzarlıqlar ekskursiya yerləri sayılmır. Avropaya gəldikdə isə məsələ tamamilə fərqlidir. Köhnə qitədə məzarlıqla açıq səma altındakı muzeyləri xatırladır, burada möhtəşəm qəbiristü abidələri, ailə sərdabaələrini, kiçik türbələri, büstləri, heykəlləri və s. görmək olar. 
 
 

Vyanada olarkən, dünyaca məşhur bəstəkar və musiqiçilərin dəfn olunduğu məzarlığı ziyarət etmək fikrindən heç cür daşına bilmədim. Vyanadakı mərkəzi məzarlıq 1874-cü ildə yaradılıb, 2.5 km² ərazisi olan qəbiristanlıqda təqribən 3 milyon insan dəfn edilib və buna görə də bura Avropanın ən böyük məzarlıqlarından biri sayılır. Məzarlıq o qədər böyükdür ki, burada azmaq çox asan məsələdir. Ona görə də mərkəzi iki girişdən məzarlığa daxil olmaq məsləhətdir. Məşhur şəxslərin dəfn olunduğu yer də mərkəzi girişə yaxındır. Bu qəbiristanlığı çox vaxt dünyanın ən "Musiqili” məzarlıqlarından biri adlandırırlar və bu səbəbsiz deyil. 
 


1885-ci ildə insanlar ilk dəfə burada dəfn olunmağa başlayanda, qəbirstanlığın məşhur insanlar üçün əhəmiyyəti getdikcə daha da artmağa başladı. Məsələn, Motsartın qəbirüstü abidəsi buradadır (təkcə qəbirüstü abidəsi, çünki əfsanəvi bəstəkar Müqəddəs Mark məzarlığında ümumi məzarlıqda dəfn olunub, ona görə də onun qəbrinin dəqiq yeri məlum deyil). Mərkəzi Məzarlıqda ən çox ziyarət olunan abidələrdən biri də Motsartınkıdır. Hazırda Mərkəzi Məzarlıqda 350 fəxri məzar, 600-dən çox da məşhurların xatirəsinə həsr olunan məzarlar var. 
 


Ən maraqlısı odur ki, dahilərin məzarları eyni bölgədədir, onları tapmaq asandır. Bethovenin məzarı da buradadır. Onun yaxınlığında İohannes Brahmsın qəbirüstü abidəsi var. 
 


Antonio Salyeri və Frans Şubertin də qəbirüstü abidələri olduqca maraqlıdır. 
 


Ata İohan Ştraus və oğul İohan Ştrasunun kimi əfsanəvi bəstəkarların abidələri orkestri xatırladan əsl kompozisiyadır. 
 


Məzarlığın düz mərkəzindəsə, kilsənin qarşısında prezident məzarlığı yerləşir. Bu kilsə də olduqca maraqlı məkandır, biz bu barədə sonra danışacağıq. 
 


Mənim məzarlığa olan səyahətimdə yeganə qan qaraldıcı məsələ vardısa, o da aramsız yağan yağış idi. "Musiqili” nekropol o qədər böyükdür ki, onu piyada gəzib dolaşmaq mümkünsüzdür. Maşına minməklə məzarlığın içində sürətli gəzinti etmək olar. Saatda 20 km sürətlə hərəkət edən maşında gəzərkən qəbirlərin üzərinə qoyulmuş tər gülləri görmək olar. Səliqəli və təmiz cığırlarla Vyana Mərkəzi Məzarlığının ən ucqar yerlərinə də gedib çıxmaq olar. 

Bir sözlə, Vyanaya səfər etsəz, Mərkəzi Məzarlığa baş çəkməyi unutmayın, burada incəsənət tarixin ən görkəmli şəxsiyyətləri dəfn edilib və onların qəbirləri həqiqi sənət şedevrləridir. 

Xoş seyrlər: 
 





























































































 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol