• $
  • €
  • ₽
  • ₺
  • £

Barokko üslubundakı geniş kolleksiyalı kitabxana – REPORTAJ

Barokko üslubundakı geniş kolleksiyalı kitabxana – REPORTAJ
02.12.2015 11:45
Rüstəm Qasımov

Bu gün biz sizinlə dünyanın ən qədim kitabxanalarından birinə, Vyanada Hofburq sarayında yerləşən Avstriyanın nəhəng kitab məbədinə baş çəkəcəyik. Qədim əlyazmaların və qiymətli işlərin saxlanıldığı Keçmiş Habsburqlar İmperiya Kitabxanası, indiki Avstriya Milli Kitabxanasında 2 milyon kitab və 8000 inkunabul (1500-ci ilə qədər çıxan kitablar) saxlanılır. Bu xəzinələrin arasında Cəsur Karlın dua kitabı və Qutenberqin 1465-ci ildə nəşr etdiyi "İncil” də var. Kitabxananın kolleksiyasına həmçinin 180 min papirus da daxildir, onlardan ən qədimi e.ə XV əsrə daxildir. Bundan başqa, burada qədim və nadir kitablar (Məsələn, 16-cı əsrə məxsus Vyana Genezisi), xəritələr, qlobuslar, şəkillər, fotolar, avtoqraflar, plakatlar, məşhur bəstəkarların partituraları var. 
 


Biraz tarix barədə. Kitabxananın əsası hələ XV əsrdə qoyulub, ancaq indiki quruluşuna o, 1723-cü ildə düşüb. İlk kolleksiyada İmperiyanın topladığı 200 min kitab, Şahzadə Yevgeni Savoyskinin 15 min kitabı, II İosifin monastrlardan konfiskasiya etdiyi kitablar olub. 

Hazırda Habsburqlar kitabxanası həm kitab məbədi, həm də muzeydir. 
 


Binada ilk gözə dəyən ikinci mərtəbəyə qalxan pilləkəndir, oradan kitabxanaya gözəl mənzərə açılır. Kitabxanaya girən kimi xəbərdarlıq edilir ki, ziyarətçilər eksponatlara toxunmasınlar, şəkil də ancaq işıqsız çəkmək olar. 

Kitabxanaya daxil olan kimi onun dizaynı və daxili interyeri adamı heyran edir. Parad zalı sadəcə möhtəşəmdir. Burada əlavə şərhə ehtiyac yoxdur. 

Fon Erlaxın bütöv bir memar ordusunun üzərində çalışdığı kitabxana barokko üslubundadır. Bu faktor Avstriya kitabxanasına möhtəşəmlik və əzəmət bəxş edir. 
 
İçəridə olanda sənə elə gəlir ki, sən kitabxanada deyil, kilsədə, ya da imperiya sarayındasan. Günbəzin daxili hissəsi, zərif fresakalar Daniel Qranın əlindən çıxıb. 
 


Binanın günbəzində xüsusi deşik açılıb, buradan daxil olan günəş şüası xüsusi effekt yaradır və binanın içinin süni işıqlandırılmasına ehtiyac qalmır. 

Kitabxanada həmçinin qlobus kolleksiyası da saxlanılır. 

Böyük zalın iri pəncələrlə qurulmasıyla ciddi bir məqsəd güdülüb, bura təkcə saxlanc yeri yox, həm də aristokratiyanın mütaliə etdiyi yer idi. Kitablar ölçülərinə əsasən yığılırdı. Bundan başqa, kitabxanada çox sayda gizli otaqlar var. 
 


Zalın hər addımlığında Avstriyanın məşhur şəxslərinin şərəfinə qoyulan çox sayda heyəlciklə rastlaşmaq mümkündür.  

Bir sözlə, əgər Avstriyaya gəlsəniz, bu ölkənin daha bir möhtəşəmliyini və əzəmətini hiss etmək üçün mütləq Milli Kitabxanaya baş çəkin, burada bəşəriyyətin mənəvi və əqli xəzinəsi qorunur. 

Xoş seyrlər: 
 











































www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol