• $
  • €
  • ₽
  • ₺
  • £

Oda Teatrının direktoru və bədii rəhbəri dəyişdi

Oda Teatrının direktoru və bədii rəhbəri dəyişdi
16.02.2016 17:29
Müstəqil Oda Teatrının direktoru və bədii rəhbəri dəyişib. Bu barədə teatrdan daxil olan məlumatda deyilir.

Modern.az-a verilən məlumata görə, teatrın təsisçisi Elmin Bədəlov direktor və bədii rəhbər vəzifələrindən istefa verib və bu yerlərə teatrın gənc əməkdaşlarını təyin edib: "Teatrın direktoru Aynur Zərrintac, bədii rəhbəri isə Nihad Qulamzadə təyin olunub”.

Qərar teatrın daxili toplantısında verilib. Təsisçi yeni təyin olunmuş direktor və bədii rəhbərə gələcək işlərində uğurlar arzulayıb. Teatrın bir neçə daxili qaydalarına da dəyişiklik edilib. Teatrın bütün işlərini direktor və bədii rəhbər həyata keçirsə də, əsas qərarların verilməsi və rəhbərlərin dəyişilməsini təsisçi nizamlayır.

Eyni zamanda teatrın repertuarında yenilənmə aparılıb və daimi repertuara "Səncə, döyəcəklər?”, "Tikanlı məftillər”, "Bəyaz şedevr”, "MimOda 18+” tamaşaları daxil edilib, yeni tamaşaların hazırlanması üçün qərar verilib.

Artıq teatrın informasiya dəstəkçisi olan Fraqment.Az saytı isə kasting bazası kimi fəaliyyət göstərəcək.

Teatrın yeni direktoru Aynur Zərrintac: Müəllimədir. Oda Teatrı yaranandan teatrda aktrisa və menecer kimi fəaliyyət göstərib. Teatrın inkişafında və yaranmasında böyük xidmətləri olub. Direktor olacağı müddətdə teatrın daha da inkişaf etməsi üçün yeni planlar hazırlayacağını bildirib.

Teatrın yeni bədii rəhbəri Nihad Qulamzadə: Fotoqrafdır. Oda Teatrı yaranandan teatrda aktyor və fotoqraf kimi fəaliyyət göstərib. Bir müddət direktor müavini olub. Teatrın inkişafında və yaranmasında böyük xidmətləri olub. Bədii rəhbər olacağı müddətdə teatrın repertuarının genişlənməsində, eyni zamanda teatrda yaradıcı mühitin inkişafında yeniliklər edəcəyini söyləyib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol