• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrı festivalda iştirak edəcək - Fotolar

Gənc Tamaşaçılar Teatrı festivalda iştirak edəcək - Fotolar
25.04.2016 17:57
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti daha bir Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alıb.
 
Dəvət Rusiya Federasiyası Orenburq vilayətində may ayının 27-dən – iyun ayının 2-dək davam edəcək "Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalından gəlib. Bu dəfə kollektiv ölkəmizi artıq bir neçə Beynəlxalq Teatr Festivalında uğurla təmsil etmiş L.Nurenin "Mən gəldim qızlar” ("Müharibə”) tamaşası iştirak edəcək.  
 
 
Quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.
 
 
Məlumat üçün bildirək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcəklər. Ilk dəfə 1994-cü ilin yay aylarında baş tutmuş festival Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiya Federasiyası Teatr Xadimləri İttiqafı tərəfindən təsis edilib. Festivalın keçirilməsinin əsas missiyası beynəlxalq və bölgələrarası teatr əlaqələrin bərpası və daha da möhkəmləndirilməsidir.
 
 
Onu da qeyd edək ki, sözügedən tamaşa 2014-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, RF-in Xalq Artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş Beynəlxalq rejissor laboratoriyasının iştirakçıları olan Rusiya Federasiyanın ayrı-ayrı teatrlarında çalışan rejissorlara təqdim edilib.
 
 
Daim gərgin iş rejimi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayının ilk günündən, iyun ayının 5-dək 4 Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatr səfərə gedərkən yerli tamaşaçılar stasionarda yenə də maraqlı tamaşalarımızı izləyə biləcəklər.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol