• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus” kinoteatrlar şəbəkəsindən yeni mobil əlavə!

“CinemaPlus” kinoteatrlar şəbəkəsindən yeni mobil əlavə!
27.04.2016 14:53
Azərbaycanın premium kinoteatrlar şəbəkəsi "CinemaPlus” İOS və Android əməliyyat sistemli smartfonlar üçün yeni mobil əlavə yaradıb. 

Yeni mobil əlavə bütünlüklə yenidən yaradılıb və bir neçə maraqlı funksiyalar ilə təchiz olunub.

Mobil əlavənin əsas üstünlüklərindən biri odur ki, əlavəni tərk etmədən çox tez bir zamanda minimum vaxt və güc sərf etməklə kinoya bilet almaq olar. Qeyd olunan əlavənin digərlərindən fərqləndirən daha bir əsas xüsusiyyət vardır:

* Telefonun ekranına iki toxunuşla gələcək premyeraları "Tezliklə” bölməsindən "Seçilmişlər” bölməsinə yönəltmək imkanı var. Bu funksiyanın köməyi ilə seçilən premyeraların nümayişə çıxmağına 1 gün qalmış tamaşaçılara xüsusi xəbərdarlıq gələcək. Kinosevərlərin məşğulluğunu nəzərə alaraq, bu funksiyanın köməyi ilə onlara vaxtında xəbərdarlıq ediləcək ki, bu da seçilən premyeralara zamanında bilet alınmasına təkan verəcək.

Mobil əlavənin dizaynı düşünülərkən xüsusi göz yormayan rənglərdən və qrafikadan istifadə edilməsi qərarı verilib. Bu isə istifadəçiyə əlavəni uzun zaman tərk etmədən rahat faydalanmağa kömək edəcək.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol