• $
  • €
  • ₽
  • ₺
  • £

Fərhad Qəhrəmanlının "Yaz" fərdi sərgisi - REPORTAJ

Fərhad Qəhrəmanlının "Yaz" fərdi sərgisi - REPORTAJ
17.05.2016 21:57

Rüstəm Qasımov

Bir müddət əvvəl Rəssamlar İttifaqının Vaciə Səmədova adına sərgi salonunda azərbaycanlı rəssam Fəxrəddin Qəhrəmanlının fərdi sərgisinin təntənəli açılış mərasimi keçirildi. Sərgini Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Rəssamlaq ittifaqı təşkil etmişdi. 

Sərginin açılışında rəssamın dostları, həmkarları, tələbələr və sənətsevərlər iştirak edirdilər. Ona görə də sərgi salonu adamla dolu idi. Tədbirin açılış nitqini Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov etdi, o qonaqları salamladı və Qəhrəmanlının yaradıcılığı haqqında danışdı, rəssamı sərgi münasibətiylə təbrik etdi və uğurlar arzuladı. 

Fəxrəddin Qəhrəmanlı Bakı auditoriyasına yağlı boyada və akvareldə çəkdiyi şəkilləri təqdim edirdi. Rəssamın "nəmli akvareli" qonaqların böyük marağına səbəb olmuşdu. Rəsmlər isə Azərbaycan təbiətinin gözəlliyini əks etdirirdilər. 

Fəxrəddin Qəhrəmanlı 1957-ci ilin 8 aprelində Naxçıvanda müəllim ailəsində doğulub. 1988-ci ilin Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, bir müddət Türkiyədə də fəaliyyət göərib. Rəssam Fransada, Almaniyada, İtaliyada, Belçikada, Hollandiyada, Belorusda, Ukraynada və öz doğma ölkəsində keçirilən sərgilərdə iştirak edib. Qəhrəmanlı 2005-ci ildən bəri Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda rəssam Azərbaycan Dövlət İncəsənət Universitetində "Təsviri sənət" kafedrasının pedaqoqudur. 

Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini işıqlandırmaqda davam edir. Bu dəfə oxucularımıza Fəxrəddin Qəhrəmanlının "Yaz" adlı fərdi sərgisindən fotoları təqdim edir. 

Xoş seyrlər: 
 







































www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol