• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Şekspir xalçası” müsabiqəsi keçirilir

Azərbaycanda “Şekspir xalçası” müsabiqəsi keçirilir
18.05.2016 16:20
"British Council Azərbaycan” Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə birgə  Şekspirin anadan olmasının 452-ci ildönümü münasibətilə  "Azərbaycan Şekspir Xalçası” müsabiqəsini elan edib. 

"Bu il bütün dünyada  Şekspirin yubileyi qeyd  olunur. Bu, yubiley konfranslar, toplantılar, tamaşalar və başqa tədbirlərlə qeyd olunur. Biz yalnız Azərbaycanda maraqlı bir müsabiqə keçirməyə qərar verdik. Bu müsabiqə ilə istəyirik  Azərbaycan yaradıcılığı ilə Britaniya və Şekspir ədəbiyyatını bir araya gətirək”, - deyə "British Council”in Azərbaycan üzrə direktoru Elizabet Uayt bildirib.
 
Müsabiqə müxtəlif iştirakçılar üçün aşağıdakı üç kateqoriya üzrə keçirilir: 

1) Peşəkar xalça dizaynerləri və xalçaçılıq üzrə təhsil alan tələbələr üçün 
2) 1 sentyabr 2016-cı ilə kimi yaşı 16-dan aşağı olan uşaqlar üçün 
3) Ümumi: bütün digər kateqoriyalar üçün. 

Ən yaxşı dizayn Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin mütəxəssisləri tərəfindən müəyyən ediləcək. Birinci yerə layiq görülən dizayna  uyğun xalça toxunulacaq. Müsabiqənin qalibi Londona səyahət edərək "Viktoriya və Albert muzeyi"nə və "Şekspir Qlobus teatrı"na pulsuz bilet qazanacaq.

Müsabiqədə  dizaynların qəbul edilməsi üçün son müraciət tarixi 31 iyul, 2016-cı ildir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol