• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar Birliyindən Rüstəm Behrudinin istefasına MÜNASİBƏT

Yazıçılar Birliyindən Rüstəm Behrudinin istefasına MÜNASİBƏT
14.09.2016 14:18
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca tanınmış şair Rüstəm Behrudinin bu qurumdan istefa verməsinə münasibət bildirib. 

Qaynarinfo.Az-a danışan Fikrət Qoca deyib ki, təmsil etdiyi qurumun üzvlərinin ad günlərinin qeyd olunduğu ümumi bir siyahı var:"Əgər Rüstəm Behrudi ad gününün xüsusi qeyd olunmasını istəyirdisə, Yazıçılar Birliyinə zəng vurub, bildirəydi. Biz hər il onun ad gününü təbrik edəsi deyildik ki?  Yubileyinin qeyd olunmasını istəyirdisə, bunu bizə bildirəydi".

Fikrət Qoca deyib ki, Rüstəm Behrudinin AYB-dən istefa qərarına etiraz etmir:"Əgər o belə bir qərar veribsə, biz nə deyə bilərik ki? Amma əgər narazılığı var idisə, bizə bildirəydi, birgə danışıb, narazılığı aradan qaldıraydıq. Yazıçılar Birliyinin 1500-dən artıq üzvü var. Biz onları bir-bir yadda saxlaya bilmərik. Kim doğum gününün, yubileyinin keçirilməsini istəyirsə, bizə müraciət edir. Biz də çalışırıq onun yubileyini layiq olduğu səviyyədə keçirək". 

Qeyd edək ki, Azərbaycanın tanınmış şairi Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən istefa verib. Bu haqda şair facebook hesabında paylaşdığı statusda bildirib:

"Mən az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki,bu uzun illər ərzində  ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində  adımı çəkməyib.Niyə? Görəsən Şerləri Türk dünyasında dillər əzbəri olan  bir şairə bu cür münasibət hardan qaynaqlanır?.Bir quruca təbrikə nə deyirsiniz,əfəndilər? YB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm. Hamıya sevği və sayğılarımla! Rüstəm  Behrudi."  

Qeyd edək ki, Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində anadan olub.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol