• $
  • €
  • ₽
  • ₺
  • £

“Molla Nəsrəddinin beşinci arvadı” Musiqili Teatrda

“Molla Nəsrəddinin beşinci arvadı” Musiqili Teatrda
20.09.2016 15:27
Azərbaycan DövlətMusiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yeni hazılanacaq səhnə əsəri özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyasıdır. Əsəri Azərbaycan dilinə tanınmış yazıçı Dilsuz Mustafayev tərcümə edib. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. "Tükdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslində isə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur. Bu ədəbiyaşar obraz öz hazırcavablığı, hadisələrə yerində və operativ münasibəti, intəhasız, intellekual yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, çox mürdik münasibətini bildirir, öz heyrətamiz, sərrast yumoru ilə bizi valeh edir. Və... və ən əsası düşündürür, düşünməyə vadar edir. İlk baxışdan belə görünür ki, "Molla Nəsrəddinin beşinci arvadı” komediyasının çox sadə, adi süjet xətti var.
 
Amma dərinliyinə varanda məlum olur ku, bu sadəliyin, adiliyin altında çox böyük mətləblər gizlənib. İstər teatrda, istərsə də kinoda indiyə qədər çoxlu Molla Nəsrəddinlər olub. Bizim tamaşamızın digərlərindən fərqi onda olacaq ki, biz hamının tanıdığı, bildiyi, amma heç kimin məhz o şəkildə,   o "qiyafə”də görmədiyi Molla Nəsrəddini təqdim edəcəyik”, - deyə quruluşçu-rejissor Əsgər Əsgərov söyləyib.

Qeyd edək ki, 2016-cı ilin sonuna qədər premyerasının keçirilməsi planlaşdırılan "Molla Nəsrəddinin beşinci arvadı” tamaşasının quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi tərtibatçısı gənc bəstəkar Fərid Fətullayev, rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Almaz Ələsgərova, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov,   Mehriban Zalıyeva, Aydan Həsənova, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Pərviz Məmmədov, Çaban Cəfərov, Fərid Rzayev ifa edəcəklər.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol