• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa

Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa
12.10.2016 20:46
Azərbaycan Dövlət Musiqili Teatrının Yaradıcılıq Studiyasında yeni tamaşanın məşqlərinə start verilib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin "Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur "Bremen musiqiçiləri” nağıllarının süjeti əsasında səhnələşdirib. "Bremen musiqiçiləri və Pen” adlanan musiqili nağıl-tamaşanın quruluşçu-rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin gənc məzunu Zaur Əliyevdir. "Tamaşanın əsas məqsədi dostluğun insan həyatında necə mühüm rol oynadığını maraqlı, dinamik süjet xətti vasitəsilə balaca tamaşaçılara aşılamaqdır. Dünyaca məşhur nağılların əsasında hazırlanan bu səhnə əsərində Xeyirlə Şərin mübarizəsinin sonunda dostluğun, qorxmazlığın, dürüstlüyün və ən vacibi – ləyaqətin qalib gəlməsi tərənnüm olunur. Kapitan Kruk yanlış məlumat əsasında Piter Peni həbs etmək istəyərkən çaya yıxılır. Bu zaman onun əlini timsah yeyir. Və bu, kapitan Krukun Piter Penə düşmən kəsilməsinə səbəb olur. Getdikcə bu mənasız düşmənçilik böyük bir ədavətə çevrilir. Bu arada onların yaşadığı şəhərcikdə vals yarışması təşkil olunur. Piter Penin sevgilisi Vendi çox gözəl bir qızdır. Onlar bu yarışmada iştirak etməyə qərar verirlər. Hamı onların qalib gələcəyinə inanır. Bunu eşidən kapitan Kruk Piter Penin sevgilisi Vendini qaçırır. Məhz bundan sonra xeyirxahlıqları və cəsurluqları ilə dünyaya səs salan Bremen musiqiçiləri işə qarışmalı olur. Və hadisələrin cərəyanı pik həddinə çatır”, - deyə eyni zamanda tamaşanın musiqi tərtibatçısı olan quruluşçu-rejissor Zaur Əliyev söyləyib.

Qeyd edək ki, tamaşanın rejissoru Elməddin Dadaşov, quruluşçu-rəssamı Afaq Bayramova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, işıq rəssamı Fuad Qədirov, rejissor-assistenti Sara Kərimlidir. Tamaşada rolları tetarın gənc aktyorları Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova, Dəniz Tacəddin, Zarina Qurbanova, Cəlalə Novruzlu, Fərid Rzayev, Murad Əliyev, Eleanora Mehdiyeva və Elməddin Dadaşov ifa edəcəklər.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol