• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi
22.11.2016 20:28
Türkiyədə yaşayan azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun İstanbulun tarixi "Taksim Tunel” sənət qalereyasında "Art Party” adlanan fərdi sərgisi açılıb. 

Ə.Fərəcoğlu "Report"un Türkiyə bürosunun müxbirinə açıqlamasında 20 ildən çoxdur qardaş ölkədə fəaliyyət göstərdiyini bildirib: "1997-ci ildə Ankarada sərgi açdıqdan sonra Türkiyə Jurnalistlər Federasiyasından dəvət aldın və həmin ildən qardaş ölkədə fəaliyyət göstərirəm. 1997-ci ildən sonra Türkiyənin müxtəlif şəhərlərində onlarla sərgiyə imza atmışam. Bakıda da qalereyam var, tez-tez Azərbaycana gedirəm. Əsas fəaliyyətim İstanbulun Yeşilköy səmtindəki rəsm qalereyamdadır. Burada yüzlərlə tələbələrim var. Demək olar hər il sərgilərim olur. Bugünkü sərgimin adı "Art Party”dir. Rəsmin fərqli bir dili ilə desək, bu sənətin aşiqlərini başıma toplamışam. Mənim bütün rəsimlərimdə Azərbaycan çizgiləri var. Növbəti sərgimi Azərbaycanla bağlı edəcəyəm. Hazırda bunun üzərində ciddi işləyirəm”.

Azərbaycanlı rəssam bəzən onun dəsti-xəttini anlamayanların olduğunu da söyləyib: "Hətta bəziləri deyir ki, elə çək biz də anlayaq. Mən dahi Vaqif Mustafazədəni misal çəkirəm və vurğulayıram ki, o, necə muğamı sintez edirsə, mən də klassik bir görüntüyə öz imzamı ataraq müasirliyi də əlavə etməklə fərqli bir sənət əsərinə çevirirəm. Düşünürəm ki, sənətkar öz işini görməlidir. Onun ardınca axın edən xalq, sənətdən anlayan insanlar mütləq gələcək”.

Ə.Fərəcoğlu qeyd edib ki, rəsm sərgisi dekabrın 12-dək sənətsevərlərin ziyarətinə açıq olacaq: "Mən İstanbulda olan həmvətənlərimizi də sərgimə dəvət edirəm. Onların ziyarəti məni qürurlandırar. Çünki harada olmağımızdan asılı olmayaraq ürəyimiz Azərbaycanla döyünür”.

Qeyd edək ki, 1956-cı ildə Naxçıvanda anadan olan rəssam Əbülfəz Fərəcoğlu yaradıcılığını 1997-ci ildən Türkiyədə davam etdirir. Onun 2006-cı ildə İstanbulun Yeşilyurt məhəlləsində yaratdığı "Ekim” sənət mərkəzində 60 tələbə dərs alır. Bundan başqa, Əbülfəz Fərəcoğlu 13 ildir İstanbulun Çəmbərlitaş məhəlləsindəki Mətbuat Muzeyinin sənət emalatxanasında dərs deyir. Onun tabloları ABŞ, Yaponya, Danimarka, Almaniya, Bolqarıstan, Fransa, Polşa, Rusiya, Ukrayna və bir çox ölkələrdə mühüm kolleksiyalarda yer alıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol