• $
  • €
  • ₽
  • ₺
  • £

"Mənim qardaşım şəhid olmayıb ki, hansısa bir küçədən keçən..." - Təranə Qumral

"Mənim qardaşım şəhid olmayıb ki, hansısa bir küçədən keçən..." - Təranə Qumral
20.08.2018 18:31
"Şou-biznes aləmində ikiüzlü insanlar çoxdur. Onu sakitləşdirmək əvəzinə qızışdırırlar".
Müğənni Təranə Qumral həmkarı Nazəninlə münasibətlərindən danışarkən belə deyib.
Anews.az xəbər verir ki, müğənni ölkə.az saytına müsahibəsində 3 ildən artıqdır davam edən məhkəmə prosesindən söz açıb.
Məhkəmənin qərarı ilə Nazənin üzsr istəməli halda, bundan imtina edən T.Qumral həbs edilmə təhlükəsilə üz-üzə olduğuna belə münasibət bildirib:
"Hər iş insan üçündür. Kişinin başına iş gələr. Qadının həbs olunmağı çox pisdir. Elə insanlar var ki, sifarişlə kimisə həbs etdirə bilirlər. Kimsə pul basıb məni tutdura bilər, amma dövlətimiz, Azərbaycan xalqı humanist xalqdır. Nə qədər ki, cinayət olmayıbsa, qadını həbs etmirlər. Mən ilk növbədə şəhid bacısıyam, atam şəhid atasıdır. Bir qardaşım vardı, o da hamımızın uğrunda şəhid olub. Mənim qardaşım şəhid olmayıb ki, hansısa bir küçədən keçən gəlib pul basıb məni tutdursun. Torpağım uğrunda bu gün mən də bayrağımı öpüb vuruşaram". 
Xatırladaq ki, düşmən münasibətdə olduğu həmkarı Nazəninlə məhkəmə qalmaqalı 3 ildir davam edən müğənni Təranə Qumrala (İbrahimova) cinayət işi açılıb. Məhkəmənin qərarı ilə T.Qumral N.Salayev, onun həyat yoldaşı Məhəbbət Həsənov və Pərviz Abbasovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. T.İbrahimova məhkəmə qərarına qərəzli münasibətini davam etdirərsə, 3 ilədək həbs edilə bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol