• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı aktrisa Rusiyanın birinci telekanalında

Azərbaycanlı aktrisa Rusiyanın birinci telekanalında
04.01.2019 09:13
Rusiyanın Birinci telekanalı "Qəlbimin sultanı" rus-türk tarixi serialının yayımına başlayacaq. Həmin serialda baş rollardan birini azərbaycanlı aktrisa Gülay Hüseynova canlandırır.

Anews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, aktrisanın verdiyi məlumata görə, serialın yayımına yanvarın 8-də başlanacaq. Serial Rusiya və Türkiyə auditoriyaları üçün müxtəlif versiyalarda hazırlanıb və layihədə fərqli montaj işi görülüb. Türkiyədə səkkiz seriyalı filmin premyerası yayda baş tutub. Rusiyada bu filmin 24 epizoddan ibarət versiyası yayımlanacaq. Film türk dilində çəkilib və Birinci kanalda nümayişi üçün rus dilində dublyaj edilib.

Serialın rejissoru hollivudlu Bobbi Rotdur. Rot film sənayesində kulta çevrilmiş "Həbsxanadan qaçış", "Sağ qalan" televiziya layihələrinin müəllifidir. Serial dünyanın 44 ölkəsində yayımlanacaq. Azərbaycanlı aktrisa Gülay Hüseynova filmdə Reyhan Kalfa rolunu canlandırır.

Film Osmanlı imperatorunun Rusiya səfirliyinin nümayəndəsi olan qıza sevgisindən bəhs edir.

Gülay Hüseynova artıq üçüncü ildir ki, İstanbulda yaşayıb işləyir. O, aktyorluq fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol