• $
  • €
  • ₽
  • ₺
  • £

Seks, qorxu, acı həqiqət və ... - Dahilər niyə dəli olurlar?

Seks, qorxu, acı həqiqət və ... - Dahilər niyə dəli olurlar?
09.04.2019 13:40
Dahilərin həyatları ilə maraqlananda, demək olar ki, hər birinin hansısa ruhi-psixoloji probleminə, nədənsə asılılığına, ağılalmaz vərdişlərinə və s. rast gəlirik. Dahi fizik Nikola Teslanın zinət əşyalarından, körpülərdən və seksdən qorxması, riyaziyyatçı Con Neşin hallisünasiyalar görməsi, yazıçı Markes de Sadın seksual asılılığı və qeyri-adi seksual fantaziyaları, aktyor-rejissor və teatr nəzəriyyəçisi Antonin Artaudun pişiklərlə danışması və özünü ac saxlaması, rejissor Alfred Hiçkokun yumurtadan qorxması, rəssam Van Qoqun öz qulağını kəsməsi və digər bu kimi çoxsaylı misallar çəkmək olar.

Albert Eynşteynlə bağlı dillərdə dolaşan maraqlı bir əhvalat da var: bir gün Eynşteyn harasa getməli olur və laboratoriyasının qapısına "Eynşteyn bir saat sonra burada olacaq" yazısı yapışdırıb gedir ki, gələnlər onu gözləsinlər. Bir saat sonra Eynşteyn geri qayıdır və qapının üstündəki yazını oxuyub qapının önündə oturaraq gözləməyə başlayır. Bir az sonra dövrün digər alimlərindən biri laboratoriyaya gəlir və Eynşteynin qapının önündə oturduğunu görür. Nə baş verdiyini soruşanda Eynşteyn qapının üstündəki yazını göstərib deyir: "Eynşteyn bir saat sonra burada olacaq".

Bu kimi saysız-hesabsız tarixi faktları oxuduqca bu sual məni həmişə düşündürüb: istedadlı və bilikli insanların bu qeyri-adi xarakterləri, fobiyaları, əyləncələri nədən yaranır? Tesla niyə quşlarla danışırdı? Nyuton niyə özünü və kəşflərini gizlədir, əlyazmalarını yandırırdı? Bukovski niyə içki və seks aludəçisi idi? Kafka niyə özünü təkliyə məhkum etmişdi? Henrix von Kleist niyə öz qəbrini də qazıb özünü güllələmişdi? 

Bu niyələrin cavablarını tapmışam desəm, yalan olar. Amma bu barədə mənim də acizanə bir neçə qənaətim var.

Birinci qənaətim odur ki, böyük işlər üçün proqramlaşdırılmış beyinlər kiçik işlərdən imtina edir və ona görə də quşlarla danışmaq, təkliyə qapılmaq kimi xüsusiyyətlər yaranır. Eynşteyn kimi nəhəng beyin niyə qapıya o yazını özünün vurduğunu və özünün Eynşteyn olduğunu unutsun ki? Mən bunun səbəbini beyninin nəzəriyyələr və isbatlar üzərində həddən artıq məşğul olduğunu, kiçik məsələlər barədə düşünməkdən imtina etdiyini fikirləşirəm.

İkinci qənaətim odur ki, həddən artıq zehni enerji sərfiyyatı fiziki enerjinin getdikcə depolanması bu iki enerjinin arasında disbalans yaradır. Yorğun beyin amma enerjili bədən – insan üçün iki yol ayrıcı. Bu vaxt insan düşünmədən fiziki enerjisini sərf edəcək yer axtarır. Belə olan halda ən sadə yol seksdir. Seksual münasibətin sıx-sıx baş verməsi insanın yeni fantaziyalar qurmasına gətirib çıxarır və bu proses Markez de Sadları, Çarlz Bukovskiləri yetirir.

Üçüncü qənaətim odur ki, dünya və insan haqqında həqiqətləri bilmək həddən artıq ağrıvericidir. Böyük beyinlər həyat haqqında daha çox həqiqəti bilirlər və zaman-zaman bu həqiqətləri bilməyin ağrısı dözülməz həddə çatır. Belə olan halda Stefan Sveyqin, Valter Benjaminin, Henrix von Kleistin intiharı doğulur. Onlar hamıdan daha çox həqiqəti bildikləri üçün və bunu heç kəsə deyə bilmədikləri (yaxud da bunu kimsənin anlamadığı) üçün intihar etdilər.

Dördüncü və sonuncu qənaətim odur ki, qorxular insan beyninin düşünmə qabiliyyətini artırır. Adı təkamül yaxud ilahi bir hikmət olsun, nəticədə bu beyinlər əvvəlcədən daha çox düşünmək üçün proqramlaşdırılmışdılar. Bu düşünmə qabiliyyətinin itməməsi və daimi inkişafı üçün onlara qorxu hissinin verilməsi vacib amil idi. Nəticədə Hiçkokun yumurta qorxusu, Teslanın zinət əşyaları və körpü qorxusu yaranır.

Son olaraq isə elm və sənət hər şeyin üstündə dayanır. Bir şeylər yarada bilirsənsə, dəli olmaq nədir ki? Necə deyərlər, hər şeyə dəyər...

Sputnik Azərbaycan

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol