• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Mükafatına göndərilən əsər geri qaytarıldı - “Azdrama”da yeni qalmaqal

Dövlət Mükafatına göndərilən əsər geri qaytarıldı - “Azdrama”da yeni qalmaqal
29.05.2014 16:06
Akademik Milli Dram Teatrının Dövlət Mükafatına təqdim etdiyi “Şah Qacar” tamaşası geri qaytarılıb. Və bu da teatrdakı gərginliyi bir qədər də artırmış olub.AzNews.az-daxil olan məlumata görə, dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında rejissor Azərpaşa Nemətovun səhnələşdirdiyi tamaşanıın bu mükafata təqdim edilməsi teatrdakı digər aktyorların ürəyincə olmayıb. Amma teatr rəhbərliyi nəyəsə görə, məhs bu əsər üzırində qalıb və onu Dövlət Mükafatına layiq görülməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib.Lakin qiymətləndirilmə vaxtı bildirilib ki, “Şah Qacar” tamaşası Dövlət Mükafatına layiq deyil və ola da bilməz. Səbəb kimi tamaşanın çox zəif hazırlanması göstərilib. Məlumata görə, əslində, Dövlət Mükafatına Mehriban Ələkbərzadənin quruluşunda olan “Əmir Teymur” tamaşası təqdim olunmalıymış. Amma tamaşanın premyerası müəmmalı şəkildə gecikdirilib ki, mükafata məhz “Şah Qacar” təqdim edilsin.Elə buna görə də, “Şah Qacar”ın mükafata layiq bilinməməsi bir sıra aktyorların sevincinə səbəb olub. Qeyd edək ki, Dövlət Mükafatına mədəniyyət sahəsi üzrə “Şah Qacar” pyesindən başqa, xalq artisti Ramiz Quliyevin “Beynəlxalq simpozium və festivallarda geniş və uğurlu yaradıcılıq fəaliyyəti, xüsusən də son illər dünyanın aparıcı simfonik, kamera və digər orkestrləri ilə böyük müvəffəqiyyətlə həyata keçirdiyi konsert-ifaçılıq layihələri”, Fərhad Bədəlbəyli, Oqtay Rəcəbov, Gülnar Abdullazadə, Oqtay Abbasquliyev, Nərminə Quliyeva, Yeganə Axundovanın “Fortepianoda çalmaq üçün dərslik və dərs vəsaitləri toplusu”, Nizami Məmmədov, Vilayət İsmayılov, Əbülfəz Babazadənin “Культура устойчивого развития: от идеи к реальности” kitabı təqdim edilmişdi. Rəssam Oqtay Sadıxzadənin namizədliyini isə Azərbaycan Rəssamlar İttifaqı irəli sürmüşdü. Xatırladaq ki, Dövlət Mükafatına Xalq artisti Ramiz Quliyev, Oqtay Sadıqzadə, Elmira Axundova və Tofiq Nağıyev layiq görülüblər. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol