• $
  • €
  • ₽
  • ₺
  • £

Aktyorlar ANS-də əlbəyaxa oldu - İş məhkəməyə gedir

Aktyorlar ANS-də əlbəyaxa oldu - İş məhkəməyə gedir
26.05.2014 11:45
Mayın 25-də ANS telekanalında teleaparıcı Rövşanə Bektaşinin “Bazar Səhəri Rövşanə ilə” verlişində Akademik Milli Dram teatrında aparılan işlər və baş verən narazılıqlarla bağlı məsələ müzakirə edilib.Verilişə qonaq qismində xalq artisti, Akademik Milli Dram Teartrının aktyoru Ramiz Novruz və xalq artisti Kübra Əliyeva dəvət olunublar. Verliş zamanı digər mövzularla yanaşı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurun çalışdığı qurumla bağlı AzNews.az-da yayımlanan tənqidi fikirləri də müzakirə mövzusu olub. Ramiz Novruz Əli Nurun bu müsahibəsini tənqid edib və bildirib ki, teatırımız haqqında onun bu cür açıqlamaları yolverilməzdir və danışdıqları həqiqətə uyğun deyil.Mənbənin verdiyi məlumata görə, məsələdən xəbərdar olan əməkdar artist Əli Nur dərhal ANS-ə gedib kanal rəhbərliyindən, onu da canlı yayıma qoşulmasını tələb edib. Ancaq telekanal rəhbərliyi bunun mümkünsüz olduğunu deyib. Əli Nur isə verliş qurtardıqdan sonra xalq artisti Ramiz Novruz və Rövşanə Bekatişi ilə görüşüb. Əli Nur ANS-də Ramiz Novruzun onun haqqında yalan və böhtan xarakterli məlumatlar səsləndirdiyinə, o cümlədən verlişdə müzakirələrə birtərəfli yanaşdığına görə aparıc Rövşanə Bektaşi ilə mübahisə edib. Mübahisənin böyüdüyünü görən Rövşanə Bektaşi dərhal hadisə yerindən uzaqlaşıb. Bundan sonra Əli Nurla Ramiz Novruz əlbəyaxa olublar.Məsələ ilə bağlı AzNews.az əməkdar artist Əli Nurla əlaqə saxlayıb. O məlumatın tam həqiqətə uyğun olduğunu söyləyib: “Həmkarım Ramiz Novruz ANS-də mənim haqqımda tənqidi və həqiqətə uyğun olmayan fikirləri səsləndirdiyi görən kimi dərhal kanala getdim. ANS rəhbərliyindən, məni də canlı yayıma qoşulmağımı tələb etdim və əks tərəf isə bunun mümkünsüz olduğunu bildirdi. Mən səbr edib Ramiz Novruzun verlişdən çıxmağını gözlədim. O verlişdən çıxan kimi mənimlə üzləşdi və mən özüm barəmdə RamizNovruz niyə yalan məlumatlar danışırsan sulanını verdim? Əks tərəf isə barəmdə danışmağı ifadələrdəde düzgün olduğunu mənə söylədi və aramızda dava düşdü ”.Ə.Nur vurğulayıb ki, verilişdə Ramiz Novruz onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyinə görə məhkəməyə müraciət edəcək: “Ramiz Novruzov mənə şər-böhtan atdığına, xalq qabağında yalan informasiya verdiyinə, bununla belə ANS-nin Rövşanə Bektaşi də verilişə birtərəfli yanaşdığına görə hər ikisindən Yasamal rayon Məhkəməsinə verib, onlardan 100 min manat təzminat tələb edəcəm”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol