• $
  • €
  • ₽
  • ₺
  • £

“Sonuncu” filmimiz Kann festivalında

“Sonuncu” filmimiz Kann festivalında
21.05.2014 09:38
Mayın 20-də Fransada 67-ci Kann kinofestivalı çərçivəsində festivalın əsas proqramına düşən Azərbaycan rejissorlarının lentə aldığı “Sonuncu” filminin yaradıcı heyəti yerli və xarici mətbuat nümayəndələri ilə görüşüb.Filmin gənc prodüsserləri Nəsib Piriyev və Mariya İvanova jurnalistlərin suallarını cavablandırıblar. Bildirilib ki, “Sonuncu” qısametrajlı bədii filmi 67-ci Kann kinofestivalının komitəsi tərəfindən əsas proqramda iştirak etmək üçün seçilmiş 9 filmdən biridir. Ümumiyyətlə, bu il müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm təqdim olunub.N.Piriyev Azərbaycan dövlətinin kino sənayesinə mühüm dəstək verdiyini və ölkəmizin böyük kino potensialının olduğunu vurğulayıb. O, filmin yaradılmasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına minnətdarlığını bildirib.Sonra prodüsserlər filmin ərsəyə gəlməsindən və “Buta Films” şirkətinin gələcək planları haqqında danışıblar.Bildirilib ki, “Sonuncu” («The Last One») qısametrajlı bədii filmi “Buta Films” şirkətinin və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalıdır. Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb.“Sonuncu” filmi quruluşçu rejissoru Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.Filmin quruluşçu operatoru Denis Madışevdir. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıb.Qeyd edək ki, bu film gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütüdür. Buna qədər onlar sənədli film layihələri üzərində çalışıblar.//AzərTAc
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol