• $
  • €
  • ₽
  • ₺
  • £

Misirli jurnalist Xarıbülbüldən yazdı

Misirli jurnalist Xarıbülbüldən yazdı
12.09.2021 18:30
Misirin nüfuzlu "Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın "Xarıbülbül sadəcə çiçək deyil. Qarabağın yaşayan əfsanələri” sərlövhəli məqaləsi dərc olunub.

"Qafqazinfo" xəbər verir ki, bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtında olmuş misirli jurnalist yazır:

"Cənubi Qafqaz dağlarında 400-dən artıq çiçək növü olduğu bildirilir. Onların sırasında Azərbaycanın Qarabağ bölgəsində bitən Xarıbülbül bir çox qədim əfsanələrdə yer alıb və bu dastanlar nəsildən-nəslə keçib. Bu nadir çiçək məhəbbət və sədaqətin rəmzinə çevrilib. Xarıbülbülün qəribə özəlliyi ondadır ki, bu çiçək yetişdiyi torpaqdan ayrı düşəndə solur və məhv olur. Dünyanın heç bir başqa yerində ona rast gəlinmir. O, Qarabağın ürəyi sayılan Şuşada daha çox bitir və forma etibarı ilə bülbülə bənzəyir. Xarıbülbülün üç ləçəyi var, onlardan ikisi quş qanadını xatırladır, biri isə bülbülün baş hissəsinə oxşayır, həmçinin dağlarda qarın əriməsindən sonra çiçək açaraq baharın müjdəçisi olur”.

Müəllif qədim Şuşada Xarıbülbüllə bağlı öyrəndiyi xalq əfsanələrindən bəhs edir. O diqqətə çatdırır ki, bölgənin rəmzinə çevrilmiş bu çiçəyin təsviri qədim Azərbaycan xalçalarında, habelə ölkənin milli valyutasında əks olunub.
Məqalədə qeyd edilir ki, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyevin göstərişi ilə 32 il əvvəl keçirilən "Xarıbülbül” festivalı yenidən təşkil olunub. Bu mötəbər tədbir beynəlxalq nüfuz qazanıb və hələ SSRİ dövründə ən mühüm mədəniyyət hadisələrindən biri olub. Bu il Novruz tonqalının da qalandığı festival xüsusi koloriti ilə fərqlənib, klassik musiqidən tutmuş folklor nümunələrinə qədər geniş spektrdə incəsənət örnəkləri təqdim edilib. Tədbirdə əvvəllər festivalda çıxış etmiş Azərbaycanın görkəmli xanəndələri Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova və digərlərinin mahnıları səsləndirilib.
Yazının sonunda vurğulanır: "Xarıbülbül çiçəyi və onun adını daşıyan festival füsunkar təbiəti, təmiz havası, dünyada analoqu olmayan Şuşaya qayıdışın, onun qədim şöhrətinin bərpasının rəmzi oldu. Bu şəhərə gələn qonaqlar onu tək etmək istəmirlər. Əfsanələr isə onların yaddaşında əbədi olaraq qalır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol