• $
  • €
  • ₽
  • ₺
  • £

“Azdrama”dakı qalmaqala daha bir xalq artisti qoşuldu - Açıqlama

“Azdrama”dakı qalmaqala daha bir xalq artisti qoşuldu - Açıqlama
11.04.2014 22:17
"Rövşən Almuradlı istedadlı rejissordur, çox gözəl tamaşalar hazırlayır. Bir məsələdə haqlıdır ki, işlədiyi müddətdə onun kimi rejissorun iki tamaşanı səhnələşdirməsinə şərait yaratmaq azdır.

İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” tamaşası, ikincisi də “Yaşlı xanımın gəlişi”... Halbuki onun həmyaşıdları onlarla əsərə quruluş verib”. Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz deyib. R. Novruz deyib ki, “İblis” tamaşası üçün R. Almuradlıya vəd verilsədə, sonda bu söz olaraq qalıb: “Rövşən müəllim düz deyir, çoxdan “İblis” tamaşasını səhnələşdirmək istəyir və bunu teatrın rəhbərliyinə təklif edib. “Səhra yuxuları”nı da deyib, amma alınmayıb. “İblis”i səhnələşdirmək onun çoxdankı arzusudur. Ona bununla bağlı söz də verilmişdi”.

R. Novruz əlavə edib ki, bu miqyaslı əsərin səhnələşdirilməsi dövlət sifarişi ilə reallaşa bilər. “Teatrda Rövşən Almuradlıya qarşı olan qadağaların arxasında nə dayanır?” sualına aktyorun cavabı belə olub: “Rövşən müəllim həssas olduğundan bunu özünə qarşı sayğısızlıq kimi qəbul edir. Mən düşünmürəm ki, teatrlarda ona yer yoxdur. Onun quruluş verdiyi əsərlərə tamaşaçılar daima kassadan bilet alır və hər dəfə anşlaqla keçir. “Yaşlı xanımın gəlişi” teatrın ən baxılan və sevilən tamaşalarımızdan biridir. Mən özüm də həmin tamaşada oyanıram. Doğrusu, inanmıram ki, Rövşən Almuradlıya qarşı ciddi bir kampaniya var. Rövşən həm də tələbə yoldaşımdır. Onun xarakterində bir az çılğınlıq, həssaslıq var. Bir məsələ alınmayanda, yaxud da uzananda onda çılğınıq yaranır”.Qeyd edək ki, R. Almuradlı AzNews.az-a açıqlamasında ona nəinki Bakıda, hətta əyalət teatrlarında da iş verilmədiyini deyib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol