• $
  • €
  • ₽
  • ₺
  • £

Asəf Zeynallının dünyaya gəlməsindən 105 il ötür

Asəf Zeynallının dünyaya gəlməsindən 105 il ötür
05.04.2014 10:45
Musiqi tariximizə bir çox yeniliklər gətirən gənc bəstəkar milli romans janrının əsasını qoyubO, cəmi 23 il yaşadı. Amma bu qısa ömründə belə adını Azərbaycanın klassik musiqi mədəniyyəti tarixinə böyük hərflərlə yazdı. Onun qısa, lakin mənalı həyat yoluna nəzər salsaq, bir gəncin zəngin musiqi dünyası yaratdığının şahidi olarıq. Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. Hələ kiçik yaşlarından musiqiyə böyük həvəsi olan Asəf burada nəfəs alətləri üzrə təhsil alır. Sonralar ailəsi ilə birgə Bakıya köçür və musiqiçi təhsilini musiqi məktəbində davam etdirir. Dünya şöhrətli bəstəkar Mstislav Rastropoviçin atası ilə violençel dərsi keçir. Daha sonra konservatoriyanı bitirərək ilk peşəkar bəstəkar adını alır. O təkcə bu adıyla yadda qalmayıb. Musiqi tariximizə bir çox yeniliklər gətirən gənc bəstəkar milli romans janrının əsasını qoyur, bu gün də sevilən neçə-neçə simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyir. Onun “Ölkəm”, “Sual”, “Seyran”, “Sərhədçi”, “Çadra” romansları, iri formalı “Fraqmentlər” süitası Azərbaycan simfonik konsert musiqisinin ilk nümunələri sayılır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanmasında onun böyük xidmətləri var. 70-ə yaxın xalq mahnısını nota köçürən Asəf Zeynallı elə bunun üçün Qarabağa gedir və orada xəstələnir. Bakıya qayıtdıqdan sonra isə o bir daha ayağa qalxa bilmir. Ancaq ömrünün son çağında belə ürəyi musiqi ilə döyünür. Asəf Zeynallının həyatdan köçməsindən 82 il ötür. Bu gün Bakıda onun adını daşıyan küçə var. Neçə illər asəf zeynallının adını daşıyan musiqi texnikumu indi milli konservatoriyanın nəzdində Bakı musiqi kollecinə çevrilsə də bu gün də ölməz bəstəkarın adını daşıyır. Bu gün musiqi mədəniyyətimizin bünövrəsini qoyan sənətkarların adının əbədiləşdirilməsi onların qoyub getdikləri irsə hörmət və gələcək nəsillər üçün bir tarixi örnəkdir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol