• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan filmi Kann festivalında

Azərbaycan filmi Kann festivalında
01.04.2014 12:11
Gənclərin çəkdiyi “Zərdüşt belə dedi” filmi Kann festivalında nümayiş olunacaq. Kulis.Az-a bu barədə məlumatı filmin aktyoru Orxan Ata verib. "Zərdüşt belə dedi"nin çəkiliş qrupu may ayında Kann festivalı çərçivəsində Kann şəhərində olacaq. Film festivalın “Short Film Corner”inə seçilib. "Zərdüşt belə dedi" filminin rejissoru Ayxan Tan, ssenaristlər İlham Əkbər və Musa Əfəndi, prodüsseri Azad Heydərov, aktyorlar isə Arzuman Mirzəsoy, Orxan Ata və Eltaj Zeynalovdu. Çəkilişlər Qaxda və Bakıda həyata keçirilib.Filmin posterini Tural Əlisoy hazırlayıb. İngilis dilinə tərcüməsi prosesində Cavid Ağa və İlahə Əkbər iştirak ediblər. "Zərdüşt belə dedi"nin sinopsisi belədir: Orxan, qardaşını axtarır. Dostu ilə birlikdə qardaşının axtarışına çıxan Orxan Zərdüştdən xəbər tutur və son şansını yoxlayır. Hadisələr Orxan-Zərdüşt-qardaş üçbucağında keçən simvollarla dolu hekayələrdən ibarətdir.Orxan Ata bildirir ki, xəbəri bu gün səhər email vasitəsilə alıblar: “Azad, mən və Ayxan Amsterdamdayıq.  “T of Generation” adlı sənədli trilogiyamızın üçüncü və son hissəsini çəkirik. Film günümüzün anderqraund (tanınmayan) sənətçiləri haqqındadır. İkinci seriyanı Bakıda çəkmişik.”ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol