• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı rəssamın əsərləri UNESCO-nun sərgisində - FOTOLAR

Azərbaycanlı rəssamın əsərləri UNESCO-nun sərgisində - FOTOLAR
08.03.2014 10:52
Martın 7-də UNESCO-nun mənzil-iqamətgahında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın rəssamların əsərlərindən ibarət təşkil olunan sərgidə ölkəmizi Azərbaycanın Əməkdar Rəssamı Əsmər Nərimanbəyova öz rəsm əsərləri ilə təmsil edib.Azərbaycan ilə yanaşı, Rusiya, Kanada, Benin, Bolqarıstan, Peru, Boliviya, Banqladeşdən də qadın rəssamların əsərlərinin nümayiş olunduğu sərgini açan UNESCO-nun baş direktoru İrina Bokova Beynəlxalq Qadınlar Gününün Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən bayram edildiyini xatırladıb, gender bərabərliyinin BMT-nin fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu və rəhbərlik etdiyi qurumun da bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, elm, təhsil və mədəniyyət sahələrində qadınların rolunu xüsusi vurğulayıb.UNESCO-nun bütün sahələrdə qadın və qızların hüquqlarını müdafiə etdiyini vurğulayan baş direktor bu cür tədbirlərin xalqların yaxınlaşmasında və mədəniyyətlərarası dialoqun inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib, əlamətdar bayram münasibətilə qadınları təbrik edib.Sərginin Şərqi Avropa ölkələri qrupunun sədri, Litvanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arunas Jelunas sərgi ilə bağlı Avropa ölkələrinin qadın rəssamları arasında seçim aparıldığını, Rusiya, Bolqarıstan və Azərbaycanın möhtəşəm tədbirdə təmsil olunmasının qərara alındığını bildirib.Sərgidə Əsmər Nərimanbəyovanın "Baharın xoşbəxtlik ruhu və gözəllik " kompozisiyası adı altında 10 rəsm əsəri nümayiş etdirilib. Onun əsərlərini sərgi iştirakçıları xüsusi maraqla qarşılamışlar.Sərgidə rəsm əsərləri müəlliflərinin təmsil olunduqları ölkələrin mətbəx nümunələri də nümayiş etdirilib. Hər dəfə olduğu kimi, Azərbaycanın zəngin mətbəx nümunələri yenə də diqqəti cəlb edib.Sərgidə Fransa ictimaiyyətinin nümayəndələri, UNESCO rəsmiləri, qurumda akkreditə olunan diplomatik korpusun, ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyinin və Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları iştirak ediblər.Sərgi iştirakçısı Jak Boler AzərTAc-a müsahibəsində deyib: "Mən Azərbaycan ilə bağlı bütün tədbirlərdə demək olar ki, daim iştirak edirəm. İstər mədəniyyətinizin, istərsə də mətbəxinizin zənginliyi məndə ölkəniz barədə xüsusi təəssürat yaradıb.Azərbaycanlı rəssamın əsrlərində daha çox xoşuma gələn cəhət rəng seçimidir. Onun çəkdiyi əsərlərdə rənglər parlaq və aydınlığı ilə diqqəti cəlb edir. Bu, özlüyündə xanım rəssamın öz sənətinə ürəkdən bağlılığından xəbər verir.Azərbaycan mətbəxinə gəldikdə isə onu deyə bilərəm ki, qonaqların digər ölkələrin mətbəxləri ilə müqayisədə sizin mətbəx nümunələrinə xüsusi maraq göstərmələri, fikrimcə, özlüyündə hər şeyi izah edir".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol