• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda Elçinin “Şekspir” anşlaqı yaşanıb

İstanbulda Elçinin “Şekspir” anşlaqı yaşanıb
27.12.2013 09:49

Xalq yazıçısı Elçinin Türkiyənin mədəni həyatında mühüm hadisə olan “Ulduzlar altında ölüm” (Qatil) əsərinin tamaşası, “Mahmud və Məryəm” filminin premyerasından sonra daha bir əsərinin – “Şekspir”in tamaşası qardaş ölkədə böyük əks-səda doğurub.

İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının Üsküdardakı Kərəm Yılmazer səhnəsində anşlaqla keçən premyerada Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, diplomatlarımız, qardaş ölkənin ictimai xadimləri, sənət adamları olublar.Tamaşaya quruluş verən aktrisa və rejissor Məlahət Abbasova AzərTAc-a bildirib ki, “Şekspir” pyesini Türkiyədə səhnələşdirmək ideyası “Qatil” tamaşasını Bakıda nümayiş etdirdiyimiz zaman professor Nərgiz Paşayevanın istanbullu aktyorları “ÜNS Yaradıcılıq Səhnəsi”nə dəvət etməsindən sonra yaranıb. Burada rejissor Bəhram Osmanovun quruluşunda tamaşaya baxan Üsküdar Kərəm Yılmazer səhnəsinin bədii rəhbəri Hilmi Zafer Şahin bu maraqlı əsəri Türkiyədə tərcümə etmək və səhnələşdirmək istədiyini dedi. Teatrın bədii şurası da əsəri repertuara daxil etdikdən sonra gərgin səylərimiz nəticəsində belə gözəl tamaşanı ərsəyə gətirdik.Dörd il əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsi Muhsin Ertuğrul səhnəsində böyük uğurla göstərilən “Qatil” tamaşasının da quruluşunu vermiş Məlahət xanım İstanbul teatrlarında Xalq yazıçısı Anarın “Təhminə və Zaur”, Xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərlərinə də səhnə həyatı verib. Onun sözlərinə görə, bəşəri ideyalar daşıyan, insanlığın əzəli və əbədi problemlərinə toxunan “Şekspir” tamaşasının onların arasında xüsusi yeri var.Türkiyənin tanınmış səhnə ustaları - Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və digərlərinin əsərə və ifalarına yaradıcı münasibətləri isə tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin fəlsəfi-psixoloji missiyasını gözəl şəkildə tamamlayır. Səhnədəki böyük beyin maketi, onun açılmasından sonra ortaya çıxan zaman məfhumu və fələyin çarxını xatırladan orijinal üslub yüksək peşəkarlıq nümunəsidir.Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin burada “Stalin”, “Sara Bernar” və yad planetli adlandıran ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən və millətlərdən olanları düşündürən məsələlərdir. Hakan Arlının ustalıqla yaratdığı baş həkim obrazı bir ictimai-siyasi formasiyadan digərinə keçid dövründə yaşadığı dərin mənəvi-psixoloji problemlərin yaratdığı sarsıntıdan ruhi xəstələrə həsəd aparan həkimin faciəsinin səhnə təcəssümüdür. Aktyor Sezai Aydının canlandırdığı “Stalin” ləqəbli xəstənin dilindən isə dünyanın böyük bir hissəsində insanlığın məruz qaldığı cinayət, kataklizm və tragikomik hadisələr təqdim olunur. Bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı mistik musiqi səhnə əsərini daha baxımlı edir.İstanbul teatrsevərlərinin rəğbətlə qarşıladığı “Şekspir” tamaşası gələn il yanvarın 22-26-da Ümraniye səhnəsində də göstəriləcək. Tamaşanın aprel-may aylarında Bakıda da göstərilməsi planlaşdırılır.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol