• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda Kamal Abdullanın ingilis dilində romanı təqdim olundu

Londonda Kamal Abdullanın ingilis dilində romanı təqdim olundu
27.11.2013 16:46
 Londonda yazıçı Kamal Abdullanın ingilis dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” romanının təqdimatı olmuşdur. Mərasim Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Waterstones” kitab evində keçirilmişdir.Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov müəllif barədə məlumat vermiş, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirmişdir.Qeyd edilmişdir ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə olunmuş, dünyanın bir çox ölkəsində çap edilmişdir.F.Qurbanov romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs etmiş, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışmışdır.Tədbirdə çıxış edən Kamal Abdulla kitabın ingilis dilində nəşrində zəhməti olanlara, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə və AAC-a təşəkkürünü bildirmiş, bu əsərin Birləşmiş Krallıqda nəşr olunmasına görə məmnunluğunu ifadə etmişdir. Müəllif qeyd etmişdir ki, bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması onun üçün xüsusi əhəmiyyət daşıyır.Romanın tərcüməçisi Enn Tompson əsərin ingilis dilinə tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunmuş, tərcümə zamanı orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl və müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini bildirmişdir.Sonra müəllif oxucuları maraqlandıran sualları cavablandırmış, əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı müzakirələr olmuşdur.Daha sonra romandan ingilis dilində parçalar oxunmuşdur.//AzərTAc
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol