• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kulinarları qızıl medal qazandı

Azərbaycan kulinarları qızıl medal qazandı
03.02.2015 16:26
"Beynəlxalq Kulinariya Çempionatında komanda üzvlərinin əksəriyyətinin gənc olmasına, belə beynəlxalq yarışlarda birinci dəfə iştirak etmələrinə baxmayaraq komandamıza qızıl, gümüş və bürünc medallar qazandırdılar".

Bu sözləri Milli Kulinariya Mərkəzinin Rəhbəri Tahir Əmiraslanov bugün keçirdiyi mətbuat konfransında deyib. Beynəlxalq çempionatda münsif qismində Azərbaycanı Tahir Əmiraslanov təmsil edib.

Tahir Əmiraslanov konfransda çıxışı zamanı bildirdi ki, Türkiyənin İstanbul şəhərində keçirilmiş 13-cü Kontinentlərarası Beynəlxalq Kulinariya Çempionatında dünyanın 37 ölkəsi ilə bərabər Azərbaycan Milli Kuninariya Komandası da iştirak edib:

"Kontinentlərarası Beynəlxalq Kulinariya Çempionatında komandımızı 10 iştirakçı təmsil edib. Həmin iştirakçılar Beynəlxalq Kulinariya Çempionatında 6 qızıl, 7 gümüş, 3 bürünc medal qazanıblar. Komandamızın üzvlərinin gənc olmasına və belə beynəlxalq yarışlarda bəzi üzvlərin ilk dəfə iştirak etmələrinə baxmayaraq yaxşı nəticə göstərərək, qızıl, gümüş, bürünc medallar qazandılar. Bu cür yüksək nəticə göstərəcəklərinə çoxda ümid etmirdim. Çünki həmin yarışda adicə 4-cü yerə sahib olmaq çox büyük uğurdur. Bu nəticə  nəinki bizim üçün həm də bütün Azərbaycan üçün böyük uğur və qələbədir. Qələbə qazanmaqda iştirakçıların yaxşı iş görməsi ilə yanaşı beynəlxalq yarışa Azərbaycandan aparılan yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi".

Bundan başqa Milli Kulinariya Mərkəzinin Rəhbəri Tahir Əmiraslanov bu cür beynəlxalq yarışlarda daha çox iştirak edəcəklərini və bir neçə beynəlxalq yarışlardan dəvət aldıqlarını bildirib.

Orxan Aslanlı
ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol