• $
  • €
  • ₽
  • ₺
  • £

İsveç təmsilçisi “Eurovision 2015” mahnı müsabiqəsinin qalibi olub

İsveç təmsilçisi  “Eurovision 2015” mahnı müsabiqəsinin qalibi olub
24.05.2015 09:08
 Mayın 23-də Avstriyanın Vyana şəhərində "Wiener Stadthalle" arenada "Eurovision 2015” mahnı müsabiqəsinin final şousu keçirilib.
 
APA-nın məlumatına görə, final mərhələsində 27 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.
 
Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq "Hour of the Wolf” mahnısını səsləndirib.  
 
İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq mahnılarını ifa ediblər:
1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.
 
Qeyd edək ki, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Avstraliya  finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir (Avstraliya təmsilçisi "Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə fəxri qonaq qismində çıxış edib).
 
Final şousunda həmçinin ötən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision-2014” mahnı müsabiqəsininin avstriyalı qalibçisi Konçita Vurst "Rise Like a Phoenix” mahnısını təqdim edib.
 
"Eurovision 2015” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında, proqnozlara uyğun olaraq, İsveç təmsilçisi Mons Selmerlev olub. O, 365 xalla birincilik əldə edib. O ölkələrin çoxundan 12 xal alıb. 49 xal toplayan Azərbaycan təmsilçisi Elnur Hüseynov müsabiqədə 12 yeri tutub.
 
Qeyd edək ki,  Çexiya Azərbaycana 12 bal verib.
 
Gürcüstan ölkəmizə 10 xal təqdim edib.
 
Monteneqro, Malta 8 bal verib.
 
Litva – 2, Rumıniya, Moldiva və Rusiya isə hərəsi 3 xal verib.
 
Azərbaycan isə 8 balı İtaliyaya, 10 balı Gürcstana, 12 balı isə Rusiyaya verib.
 
İsveç 365, Rusiya 303, İtaliya 292 xalla "Eurovision 2015” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. Qeyd edək ki, bu İsveçin "Eurovision" müsabiqəsində altıncı qələbəsidir.
 
Beləliklə, "Eruovision 2016” yarışması İsveçdə baş tutacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol