• $
  • €
  • ₽
  • ₺
  • £

"Maliyyə çətinliyinə görə builki festival dar çərçivədə keçiriləcək"

"Maliyyə çətinliyinə görə builki festival dar çərçivədə keçiriləcək"
30.06.2015 15:17
 Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki şəhər İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə iyulun 1-dən 5-dək Şəkidə "İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, festivalın bədii rəhbəri Firəngiz Əlizadə iyunun 30-da mətbuat konfransı keçirərək, festivalın proqramı və bu çərçivədə baş tutacaq tədbirlər barədə məlumat verib.

O bildirib ki, bu ilki festivalda ilk dəfə olaraq, Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri də iştirak edəcək: "Altıncı dəfə baş tutacaq "İpək Yolu” Beynəlxalq Musiqi Festivalında Yaponiyadan "Kamıqata Sumıyoşi Kaı" ansamblı, Türkiyədən Çukurova Dövlət Simfonik Orkestri, Polşanın "AcCello Duo" instrumental dueti və Azərbaycanda yaşayan azsaylı xalqlar olan talışlar, ləzgilər, tatarlar, avarlar, udilər, ingiloylar, saxurlar və tatlardan ibarət musiqi kollektivləri iştirak edəcək. Festivalda simfonik musiqi gecələri ilə yanaşı, xüsusi mərasimlər el adətlərinin teatrlaşdırılmış ifasında qonaqlara təqdim ediləcək. Bu il festivalda "Xınayaxdı" mərasimi, "Dili-Dili", "Novruz mübarək" "Çəltik əkinində" folklor nümunələri və "Talış toyu" kompozisiyası nümayiş etdiriləcək. Bütün bunlar festivalın yenilikləridir".

İttifaq sədrinin sözlərinə görə, festivalın son günü olan iyulun 5-də xanəndə Arzu Əliyevanın iştirakı ilə muğam konserti olacaq. Tədbirin bağlanışını Azərbaycan Bəstəkarlar İttifaqının "Bakı Sinfonietta" orkestri edəcək.

F.Əlizadə əlavə edib ki, maliyyə çətinliyinə görə builki festival bir qədər dar çərçivədə baş tutacaq: "Maddi imkanlarımızın məhdudluğunu nəzərə alıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etdik. Bu səbəbdən də, bizə yardımçı olan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullaya xüsusi təşəkkürümü bildirirəm".

Festivalının açılışı və bağlanışı Şəki Xan Sarayında keçiriləcək.

Qeyd edək ki, mətbuat konfransında Türkiyə və Polşa səfirliyinin nümayəndələri iştirak edib.
Türkiyədən gəlmiş Adana Çukurova Dövlət Simfonik Orkestrinin konserti TRT 1 televiziyası vasitəsilə dünyanın 75 ölkəsinə canlı olaraq yayımlanacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol