Mask görmə qabiliyyətini bərpa edən implant hazırlayıb

10:16 | 22.03.2024
Mask görmə qabiliyyətini bərpa edən implant hazırlayıb

Mask görmə qabiliyyətini bərpa edən implant hazırlayıb

"Neuralink” şirkətinin beyin implantı kor insanların görmə qabiliyyətini bərpa edə biləcək.Bu barədə Amerikalı milyarder İlon Mask sosial şəbəkədəki X səhifəsində bildirib.
 
"Blindsight” Telepatiyadan sonra "Neuralink”in növbəti məhsuludur... Hətta kimsə kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq", - Mask yazıb.
 
Onun sözlərinə görə, implant artıq meymunlar üzərində sınaqdan keçirilir və təcrübələr zamanı onlara heç bir zərər dəyməyib.
 
"Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirilməsini həyata keçirib. Bu barədə yanvarın 31-də məlumat verilib. Bu, İlon Maskın əsl beyin-kompüter interfeysi yaratmaq üçün iddialı layihəsində ilk addımdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb