Nazirlik bu restoranları bağlayacaq - SİYAHI

11:13 | 15.12.2018
Nazirlik bu restoranları bağlayacaq - SİYAHI

Nazirlik bu restoranları bağlayacaq - SİYAHI

Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, atmosferə atılan tullantılarla görə 17 restoran bağlanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür:

"Bunlar Bakıda "Arzu”, "Mega Palace”, "Gilavar”, "Kəndimiz”, "Şahzadə” və  "Çanaqqala”, Sumqayıtda  isə "Qubadlı”, "Dan Ulduzu”, "Tural”, "Sumqayıt”, "Qərb sarayı”, "Dədə Qorqud”, "Ülvi”, "Love Palace”, "Green house”, "Savalan” və "Səmayə” ictimai iaşə obyektləridir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb, iki restoran bağlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb