Otellərə valyutadəyişmə səlahiyyəti verilə bilər

12:25 | 11.04.2016
Otellərə valyutadəyişmə səlahiyyəti verilə bilər

Otellərə valyutadəyişmə səlahiyyəti verilə bilər

Banklar Assosiasiyası yeni təkliflə çıxış edib. Təklif otellərə valyuta dəyişmə səlahiyyəti verilməsindən gedir. Xezerxeber.com saytının yazdığına görə, Banklar Assosiasiyasından bildiriblər ki, artıq təklif Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilib. Qısa zamanda bu məsələnin öz həllini tapacağı gözlənilir.

Novruz bayramı ərəfəsində bankların uzun müddət işləməməsi ciddi bir problemi üzə çıxarmışdı. Azərbaycana gələn turistlər dolları manata çevirmək üçün valyutadəyişmə məntəqəsi tapmadığından "qara bazar"lara üz tutmuşdular. Orada isə alverçilər dolları xeyli aşağı qiymətə dəyişərək əcnəbilərin narazılığına səbəb olmuşdular. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM