• $
  • €
  • ₽
  • ₺
  • £

Avronest rəhbərliyi: "Yaranmış vəziyyəti Azərbaycan Milli Məclisi ilə müzakirə etməyə hazırıq"

Avronest rəhbərliyi: "Yaranmış vəziyyəti Azərbaycan Milli Məclisi ilə müzakirə etməyə hazırıq"
17.09.2015 16:35
"Bu qərar təəssüf doğurur və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikirlərini bildirməkdən məhrum edəcək"

Avronest rəhbərliyi Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxmaq barədə qərarından təəssüfləndiyini bildirib.

APA-nın Avronestin saytına istinadən verdiyi məlumata görə, bu barədə Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidzenin birgə bəyanatında deyilir. Onlar bildiriblər ki, Avronest PA artıq məsələdən məlumatlatlıdır: "Azərbaycan Milli Məclisi rəsmi şəkildə Avronest həmsədrlərini məlumatlandırdıqdan sonra qurumun normal şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi addımlar atmaq məqsədilə vəziyyəti dərhal dəyərləndirəcəyik. Avronest PA "Şərq tərəfdaşlığı" proqramı üçün çoxtərəfli parlament qurumu olaraq qalır. O, Avropanın Şərq qonşularının Avropa İttifaqına siyasi və iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirmək məqsədilə açıq və inteqrasiya ruhunda fəaliyyət göstərməyə davam edəcək. Avronest PA-da iştirak etmək meyarlara cavab verən bütün əlaqədar "Şərq tərəfdaşı" ölkələrinin suveren və könüllü qərarıdır. Bu baxımdan biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bu qərar təəssüfləndiricidir və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikrilərini söyləməkdən məhrum edəcək. Bu qurumdan çıxmaq haqında qərar xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə vəziyyəti müzakirə etməyə hazır olduğumuzu bildiririk”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol