• $
  • €
  • ₽
  • ₺
  • £

Malena Mard: "Gələcəkdə "Cənub Qaz Dəhlizi"nin imkanları genişləndirilə bilər"

Malena Mard: "Gələcəkdə "Cənub Qaz Dəhlizi"nin imkanları genişləndirilə bilər"
29.09.2015 19:56
"Genişləndirmə çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilə bilər"

Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.

"APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən ”Azərbaycan və Xəzər dənizi Neft və Qaz Həftəsi - 2015” (Azerbaijan & Caspian Sea Oil & Gas Week – 2015) konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib.

M. Mardın sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsinin 43%-i Avropa İttifaqının payına düşür: "Ticarət dövriyyəsinin böyük hissəsi enerji sektoruna aiddir. Məhz bu sahədə bizim çox güclü əlaqələrimiz var".

Azərbaycan qazının Avropaya ixracını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsindən söz açan səfir qeyd edib ki, bu layihə Avropa İttifaqı üçün strateji önəm daşıyır və ittifaq layihəni tam dəstəkləyir. Diplomat bildirib ki, layihənin nəzərdə tutulan vaxtda tamamlanması əsas məqsədlərdəndir və bu istiqamətdə işlər plana uyğun davam edir.

M. Mard əlavə edib ki, gələcəkdə "Cənub Qaz Dəhlizi" layihəsinin imkanları genişləndirilə bilər: "Düşünürük ki, bu layihə bizim enerji strategiyamızın təhlükəsizliyi baxımından vacibdir. Genişləndirmə çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilə bilər. Biz Avropaya daha böyük həcmdə enerji resurslarının çatdırılmasını istərdik".
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol